Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:1. 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2019-cu il.

29 августа 2019, 08:08

http://www.azertag.az

2921—2930 из 3607

18 ноября 2014, 09:11

Участникам Третьего общереспубликанского форума детей   подробно...

17 ноября 2014, 09:11

О мерах по строительству нового здания для полной средней школы номер 20 в Ясамальском районе города Баку   подробно...

17 ноября 2014, 09:11

Президенту Государства Палестина Его превосходительству господину Махмуду Аббасу   подробно...

17 ноября 2014, 09:11

Участникам IV съезда Общественного объединения «Русская община Азербайджана»   подробно...

14 ноября 2014, 09:11

О мерах по строительству Зыхского судоремонтного завода в городе Баку   подробно...

12 ноября 2014, 15:11

Азербайджан отмечает День Конституции   подробно...

11 ноября 2014, 09:11

О присвоении М.М.Гасанову и И.М.Мамедову почетного звания «Заслуженный инженер»   подробно...

11 ноября 2014, 09:11

О награждении медалью «Терегги» группы работников Бакинского метрополитена   подробно...

11 ноября 2014, 09:11

О награждении орденом «Шохрат» С.А.Керими   подробно...

11 ноября 2014, 09:11

О присвоении Б.А.Агарагимову почетного звания «Заслуженный инженер»   подробно...