“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1637-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1637-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 avqust 2019-cu il.

27 августа 2019, 08:08

http://www.azertag.az

2231—2240 из 3607

6 июня 2016, 09:06

О награждении медалью «Терегги» работников водного хозяйства и мелиорации   подробно...

6 июня 2016, 09:06

О присвоении почетного звания «Заслуженный инженер» работникам водного хозяйства и мелиорации   подробно...

3 июня 2016, 09:06

О награждении группы лиц за заслуги в развитии азербайджанской диаспоры   подробно...

3 июня 2016, 09:06

О присвоении почетных званий группе лиц за заслуги в развитии азербайджанской диаспоры   подробно...

3 июня 2016, 09:06

О призыве с 1 по 30 июля 2016 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы   подробно...

3 июня 2016, 09:06

О создании Организационного комитета в связи с объявлением города Нахчыван столицей исламской культуры 2018 года   подробно...

3 июня 2016, 09:06

О дополнительных мерах по усилению деятельности диаспорских организаций Азербайджана   подробно...

3 июня 2016, 09:06

Об утверждении Меморандума «О предоставлении Азербайджанской Республике статуса партнера по диалогу Шанхайской организации сотрудничества»   подробно...

27 мая 2016, 09:05

О награждении Р.А.Алиева орденом «Шохрат»   подробно...

27 мая 2016, 09:05

О награждении М.Т.Джамалова орденом «Шохрат»   подробно...