“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1643-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1643-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 avqust 2019-cu il.

27 августа 2019, 08:08

http://www.azertag.az

2551—2560 из 3607

25 ноября 2015, 09:11

Об освобождении А.Г.Абиева от должности ректора Азербайджанской государственной академии физической культуры и спорта   подробно...

25 ноября 2015, 09:11

О проведении 50-летнего юбилея Азербайджанской национальной энциклопедии   подробно...

25 ноября 2015, 09:11

Об избрании председателей комитетов Милли Меджлиса Азербайджанской Республики   подробно...

25 ноября 2015, 09:11

О реорганизации некоторых комитетов и создании новых комитетов Милли Меджлиса Азербайджанской Республики   подробно...

25 ноября 2015, 09:11

Об избрании В.Ф.Алескерова заместителем Председателя Милли Меджлиса Азербайджанской Республики   подробно...

25 ноября 2015, 09:11

Об избрании Б.А.Мурадовой заместителем Председателя Милли Меджлиса Азербайджанской Республики   подробно...

25 ноября 2015, 09:11

Об избрании З.А. Аскерова первым заместителем Председателя Милли Меджлиса Азербайджанской Республики   подробно...

25 ноября 2015, 09:11

Об избрании О.С. Асадова Председателем Милли Меджлиса Азербайджанской Республики   подробно...

25 ноября 2015, 09:11

Об итогах выборов депутатов Милли Меджлиса Азербайджанской Республики пятого созыва, проведенных 1 ноября 2015 года   подробно...

23 ноября 2015, 09:11

Об утверждении Меморандума взаимопонимания о двусторонних консультациях между Министерством иностранных дел Азербайджанской Республики и Министерством иностранных дел Республики Панама   подробно...