“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1604-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1604-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 iyul 2019-cu il.
1 августа 2019, 08:0830 сентября 2014, 13:09
Парламент Азербайджана наметил план законодательной работы на осеннюю сессию подробно...
29 сентября 2014, 13:09
Окончательный вариант Плана регионального развития Большого Баку будет представлен в Кабинет министров подробно...
26 сентября 2014, 15:09
Утверждён список документов для получения разрешения на эксплуатацию объектов строительства подробно...
26 сентября 2014, 15:09
В Азербайджане утверждены условия получения дополнительного разрешения на строительство подробно...
26 сентября 2014, 09:09
Азербайджан примет закон о кулинарной культуре подробно...
25 сентября 2014, 09:09
О дополнительных мерах по ускорению социально-экономического развития Габалинского района подробно...
25 сентября 2014, 09:09
О некоторых мерах безопасности на линии соприкосновения Вооруженных сил Азербайджанской Республики с Вооруженными силами Республики Армения подробно...
24 сентября 2014, 16:09
Министерство труда не видит ущемления бизнеса от электронной регистрации контрактов, Министерство налогов считает иначе подробно...
24 сентября 2014, 15:09
Министерство образования будет готовить менторов по чтению подробно...
24 сентября 2014, 09:09
О дополнительных мерах по ускорению социально-экономического развития Исмаиллинского района подробно...