Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 1654 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 718; 2015, № 2, maddə 145) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2019-cu il.
25 июля 2019, 08:0718 ноября 2014, 09:11
Участникам Третьего общереспубликанского форума детей подробно...
17 ноября 2014, 09:11
О мерах по строительству нового здания для полной средней школы номер 20 в Ясамальском районе города Баку подробно...
17 ноября 2014, 09:11
Президенту Государства Палестина Его превосходительству господину Махмуду Аббасу подробно...
17 ноября 2014, 09:11
Участникам IV съезда Общественного объединения «Русская община Азербайджана» подробно...
14 ноября 2014, 09:11
О мерах по строительству Зыхского судоремонтного завода в городе Баку подробно...
12 ноября 2014, 15:11
Азербайджан отмечает День Конституции подробно...
11 ноября 2014, 09:11
О присвоении М.М.Гасанову и И.М.Мамедову почетного звания «Заслуженный инженер» подробно...
11 ноября 2014, 09:11
О награждении медалью «Терегги» группы работников Бакинского метрополитена подробно...
11 ноября 2014, 09:11
О награждении орденом «Шохрат» С.А.Керими подробно...
11 ноября 2014, 09:11
О присвоении Б.А.Агарагимову почетного звания «Заслуженный инженер» подробно...