“Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1646-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1646-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2019-cu il.
25 июля 2019, 08:0723 апреля 2014, 14:04
Дано поручение по оперативной замене канализационных коллекторов в Баку в связи с недавней катастрофой подробно...
23 апреля 2014, 09:04
О проведении 150-летнего юбилея Кечачиоглу Мухаммеда подробно...
23 апреля 2014, 09:04
О награждении медалью «Терегги» сотрудников Академии государственного управления при Президенте Азербайджанской Республики подробно...
23 апреля 2014, 09:04
О присвоении почетного звания «Заслуженный учитель» сотрудникам Академии государственного управления при Президенте Азербайджанской Республики подробно...
22 апреля 2014, 16:04
Министр образования приказал создать жилищные условия для начинающих учителей подробно...
22 апреля 2014, 15:04
Азербайджан будет применять образовательные технологии в сфере физического и психологического здоровья учащихся подробно...
22 апреля 2014, 14:04
Сотовых операторов готовы привлечь к суду, если они не снизят тарифы на межсетевой трафик подробно...
22 апреля 2014, 09:04
Министр экономики поручил ускорить работы по очистке озера Бёюк-Шор в Баку подробно...
21 апреля 2014, 18:04
С 2015 года в бакинских автобусах будет запрещён наличный расчёт подробно...
21 апреля 2014, 16:04
Платное обучение в вузах детей-сирот в Азербайджане будет оплачиваться за счёт государства подробно...