“İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1651-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1651-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2019-cu il.
25 июля 2019, 08:0711 января 2018, 09:01
О награждении Ф.А. Бабаева орденом «Шохрат» подробно...
8 января 2018, 09:01
О мерах по строительству автомобильной дороги Чархы-Галаган-Гаджилар-Ханлыгоба-Саяд-Мамедханлы Хачмазского района подробно...
29 декабря 2017, 10:12
О дальнейшем усовершенствовании управления в области малого и среднего предпринимательства подробно...
29 декабря 2017, 10:12
О награждении С. И. Мамедова орденом «Шараф» подробно...
29 декабря 2017, 10:12
О награждении Ф.Г. Гасымовой орденом «Шохрат» подробно...
28 декабря 2017, 09:12
О награждении Р.С.Гваладзе «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
26 декабря 2017, 09:12
О повышении минимальной ежемесячной заработной платы подробно...
22 декабря 2017, 09:12
О награждении лиц, имеющих заслуги в развитии сельского хозяйства в Азербайджанской Республике подробно...
22 декабря 2017, 09:12
О награждении В.Дж.Джафарова «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
21 декабря 2017, 09:12
О награждении медалью «Терегги» лиц, имеющих заслуги в социально-экономическом и культурном развитии города Сумгайыт подробно...