“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1624-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1624-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2019-cu il.
23 июля 2019, 08:0713 февраля 2017, 09:02
О некоторых вопросах, связанных с деятельностью Государственного экзаменационного центра Азербайджанской Республики подробно...
13 февраля 2017, 09:02
О назначении членов Национального совета телевидения и радио Азербайджанской Республики подробно...
13 февраля 2017, 09:02
О награждении В.Д.Байрамова «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
10 февраля 2017, 09:02
О внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «О Государственной комиссии по делимитации и демаркации государственной границы между Азербайджанской Республикой и Грузией» от 30 июня 2002 года номер 966 подробно...
10 февраля 2017, 09:02
О внесении изменения в Распоряжение Президента Азербайджанской Республики «О Государственной комиссии по демаркации государственной границы между Азербайджанской Республикой и Российской Федерацией» от 30 июня 2002 года номер 965 подробно...
10 февраля 2017, 09:02
О награждении группы военнослужащих Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики медалью «За военные заслуги» подробно...
8 февраля 2017, 09:02
О проведении 100-летнего юбилея Джовдета Гаджиева подробно...
8 февраля 2017, 09:02
О проведении 110-летнего юбилея академика Гасана Алиева подробно...
8 февраля 2017, 09:02
О проведении 100-летнего юбилея Тофика Кулиева подробно...
8 февраля 2017, 09:02
О присвоении Ч.С.Гурбанову звания «Национальный герой Азербайджана» подробно...