İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasında məhkəmə sistemini təkmilləşdirmək və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun 2020-ci il yanvarın 1-dən tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Aşağıdakı inzibati məhkəmələr təşkil edilsin:
1.1. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində;
1.2. Bakı İnzibati Məhkəməsi – Bakı şəhərində;
1.3. Gəncə İnzibati Məhkəməsi – Gəncə şəhərində;
1.4. Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində;
1.5. Şirvan İnzibati Məhkəməsi – Şirvan şəhərində;
1.6. Şəki İnzibati Məhkəməsi – Şəki şəhərində.
2. Aşağıdakı kommersiya məhkəmələri təşkil edilsin:
2.1. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Naxçıvan şəhərində;
2.2. Bakı Kommersiya Məhkəməsi – Bakı şəhərində;
2.3. Gəncə Kommersiya Məhkəməsi – Gəncə şəhərində;
2.4. Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində;
2.5. Şirvan Kommersiya Məhkəməsi – Şirvan şəhərində;
2.6. Şəki Kommersiya Məhkəməsi - Şəki şəhərində.
3. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilsin.
4. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki:
4.1. bu Fərmanın 1.2 – 1.6-cı bəndlərində nəzərdə tutulmuş inzibati məhkəmələrin və bu Fərmanın 2.2 – 2.6-cı bəndlərində nəzərdə tutulmuş kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasını müəyyən etsin;
4.2. inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı təklifləri 2019-cu il dekabrın 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. bu Fərmanın 4.2-ci bəndində nəzərdə tutulmuş təklifləri hazırlayarkən namizədlərin müvafiq sahələrdə yüksək nəzəri və praktiki hazırlığının olmasına xüsusi diqqət yetirsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. yeni təşkil edilən məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onların binalar, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün;
5.2. yeni məhkəmələrin təşkili ilə bağlı xərclərin 2020-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etsin;
5.3. yeni təşkil edilən məhkəmələr fəaliyyətə başlayanadək inzibati-iqtisadi məhkəmələrin fəaliyyətinin maliyyələşdirilməsini təmin etsin;
5.4. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.7. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Bu Sərəncamın 1 – 3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyul 2019-cu il.
22 июля 2019, 08:075 марта 2018, 08:03
Распоряжение Президента Азербайджанской Республики О повышении заработной платы работников жилищно-коммунальной сферы, сфер транспорта и связи подробно...
5 марта 2018, 08:03
Распоряжение Президента Азербайджанской Республики О повышении заработной платы работников сфер мелиорации, водного хозяйства и рыборазведения подробно...
5 марта 2018, 08:03
Распоряжение Президента Азербайджанской Республики О мерах по улучшению обеспечения водой посевных площадей сел Сарханбейли, Моранлы, Бала Гашимханлы, Алиленбейли Сабирабадского района подробно...
2 марта 2018, 08:03
Распоряжение Президента Азербайджанской Республики О повышении заработной платы работников учреждений здравоохранения подробно...
2 марта 2018, 08:03
Распоряжение Президента Азербайджанской Республики О повышении заработной платы работников учреждений социального обеспечения подробно...
2 марта 2018, 08:03
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по строительству Нафталанской городской центральной больницы подробно...
1 марта 2018, 12:03
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству, оснащению и созданию инфраструктуры мастерской по производству ковров в Шабранском районе подробно...
1 марта 2018, 12:03
Распоряжение Президента Азербайджанской Республики О повышении заработной платы работников учебных заведений подробно...
1 марта 2018, 12:03
Распоряжение Президента Азербайджанской Республики О повышении заработной платы работников научных учреждений и организаций, финансируемых из государственного бюджета подробно...
1 марта 2018, 12:03
Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Государственной программы по лечению, профилактике рассеянного склероза и мерам борьбы с ним на 2018-2022 годы» подробно...