“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1600-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1600-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il.

28 июня 2019, 08:06

http://www.azertag.az

3311—3320 из 3607

30 апреля 2014, 16:04

Отданы приказы по усилению боеспособности и дисциплины в частях и соединениях Вооружённых сил Азербайджана   подробно...

30 апреля 2014, 13:04

Министерство налогов Азербайджана предупредило пользователей системы электронной торговли   подробно...

29 апреля 2014, 16:04

Страховые брокеры должны страховать свою профессиональную ответственность на сумму до 1 млн. манатов   подробно...

29 апреля 2014, 16:04

Презентованы первичные работы по созданию археологического парка Гёйтепе   подробно...

29 апреля 2014, 10:04

Азербайджан будет использовать южные регионы для развития культурного туризма   подробно...

29 апреля 2014, 10:04

Министр финансов Азербайджана утвердил процедуры консолидации страховых компаний   подробно...

28 апреля 2014, 17:04

Счётная палата проверит Holcim   подробно...

28 апреля 2014, 16:04

Глава МИД Азербайджана примет участие в заседании Вышеградской четвёрки   подробно...

28 апреля 2014, 14:04

В Азербайджане объявлен повторный инвестиционный конкурс на акции переработчика хлопка в Билясуваре   подробно...

28 апреля 2014, 12:04

Латвия и Германия помогут создать в Азербайджане частные пенсионные фонды   подробно...