“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 975-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 975-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 iyun 2014-cü il.
19 июня 2014, 09:0613 июня 2016, 09:06
О назначении В.А.Мурадова председателем Правления Открытого акционерного общества «Азерхалча» подробно...
13 июня 2016, 09:06
О назначении А.А.Рзаевой почетным консулом Азербайджанской Республики в Австралийском Союзе подробно...
13 июня 2016, 09:06
О дополнительных мерах по продолжению замены кровельных покрытий многоквартирных зданий и капитального ремонта городских автомобильных дорог в городе Сумгайыт подробно...
13 июня 2016, 09:06
О назначении М.И.Салимзаде на должность главы Исполнительной власти Гейчайского района подробно...
13 июня 2016, 09:06
Об освобождении М.А.Агаева от должности главы Исполнительной власти Гейчайского района подробно...
10 июня 2016, 09:06
О реализации проекта «Совместный Азербайджано-французский университет (UFAZ)» подробно...
7 июня 2016, 09:06
О присвоении Р.М.Фаталиеву почетного звания «Народный артист» подробно...
7 июня 2016, 09:06
О награждении Р.М.Фаталиева орденом «Шохрат» подробно...
6 июня 2016, 09:06
О назначении Г.Г.Салимова судьей Балакенского районного суда подробно...
6 июня 2016, 09:06
О назначении А.М.Аббасова судьей Бакинского суда по тяжким преступлениям подробно...