“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1602-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1602-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2019-cu il.
14 июня 2019, 08:0611 января 2016, 09:01
О дополнительных мерах по строительству автомобильной дороги Сарыханлы-Бошчалылар-Джафарли-Алигулулар Имишлинского района подробно...
7 января 2016, 09:01
О дополнительных мерах по строительству автомобильной дороги Ярдымлы-Хамаркенд-Аббасабад Ярдымлинского района подробно...
5 января 2016, 09:01
О назначении председателей ряда судов первой инстанции подробно...
5 января 2016, 09:01
О назначении ряда судей судов первой инстанции и изменении должностей некоторых судей судов первой инстанции подробно...
5 января 2016, 09:01
О предоставлении персональных пенсий Президента Азербайджанской Республики деятелям культуры Азербайджана подробно...
5 января 2016, 09:01
О назначении председателей коллегий Верховного суда Азербайджанской Республики подробно...
5 января 2016, 09:01
О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики подробно...
5 января 2016, 09:01
О назначении Т.Ш.Махмудова председателем Гянджинского апелляционного суда подробно...
30 декабря 2015, 09:12
О назначении заместителя председателя и аудиторов Счетной палаты Азербайджанской Республики подробно...
30 декабря 2015, 09:12
О бюджете Государственного нефтяного фонда Азербайджанской Республики на 2016 год подробно...