“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1566-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1566-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2019-cu il.
7 мая 2019, 08:0515 февраля 2023, 15:02
О назначении Н.К.Алиева ректором Азербайджанской академии художеств подробно...
15 февраля 2023, 07:02
Распоряжение Президента Азербайджанской Республики О назначении Ш.С.Багирова председателем Государственного таможенного комитета Азербайджанской Республики подробно...
15 февраля 2023, 07:02
Распоряжение Президента Азербайджанской Республики Об освобождении Ш.С.Багирова от должности первого заместителя председателя Государственного таможенного комитета Азербайджанской Республики подробно...
13 февраля 2023, 11:02
Распоряжение Президента Азербайджанской Республики О награждении государственных служащих Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики подробно...
11 февраля 2023, 11:02
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по обеспечению деятельности Алятской свободной экономической зоны подробно...
11 февраля 2023, 11:02
Распоряжение Президента Азербайджанской Республики Об индексации трудовых пенсий подробно...
9 февраля 2023, 15:02
Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой поддержки Общественной телерадиовещательной компании Азербайджанской Республики подробно...
9 февраля 2023, 15:02
Распоряжение Президента Азербайджанской Республики О награждении А.Я.Шаровского «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
9 февраля 2023, 08:02
Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой помощи религиозным образованиям в Азербайджане подробно...
8 февраля 2023, 08:02
Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Конфедерации профсоюзов Азербайджана подробно...