“Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 225; 2017, № 12, maddə 2334; 2018, № 4, maddə 660; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 mart tarixli 587 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1. Preambulaya “orqanlarının” sözündən sonra “, dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri əlavə edilsin və preambulada “orqana” sözü “instansiyaya” sözü ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında Əsasnamə” üzrə:
2.1. 1.1-ci bəndə “orqanlarının” sözündən sonra “, dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri əlavə edilsin, həmin bənddə “orqana” sözü “instansiyaya” sözü ilə əvəz edilsin;
2.2. 1.3-cü bənddən “şikayətləri üzrə” sözləri çıxarılsın;
2.3. 1.3-cü bəndə və 2.0.1-ci yarımbəndə “orqanlarının” sözündən sonra “, dövlətə məxsus olan hüquqi şəxslərin” sözləri əlavə edilsin;
2.4. 7.9-cu bəndə “orqana” sözündən sonra “(dövlətə məxsus olan hüquqi şəxsə)” sözləri, “orqan” sözündən sonra “(dövlətə məxsus olan hüquqi şəxs)” sözləri və “orqanın” sözündən sonra “(dövlətə məxsus olan hüquqi şəxsin)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 may 2019-cu il.
7 мая 2019, 08:0530 мая 2014, 09:05
О мерах по строительству автомобильной дороги Шоркенд-Бешталы-Банкя-Ширванлы Нефтчалинского района подробно...
29 мая 2014, 13:05
Ограничена возможность получения российского гражданства подробно...
29 мая 2014, 09:05
О присуждении Государственных премий Азербайджанской Республики в области науки, культуры и литературы за 2014 год подробно...
27 мая 2014, 13:05
Счётная палата проведёт проверку Министерства налогов подробно...
27 мая 2014, 12:05
Паромный терминал Бакинского торгового порта будет перенесён в Алят за летние месяцы подробно...
27 мая 2014, 09:05
О помиловании ряда осужденных лиц подробно...
26 мая 2014, 16:05
IOTA меняет формат деятельности подробно...
26 мая 2014, 12:05
Азербайджан и OECD договорились о взаимной административной помощи по налоговым вопросам подробно...
26 мая 2014, 11:05
Главы МИД Азербайджана, Турции и Туркменистана встретятся сегодня в Баку подробно...
26 мая 2014, 10:05
О награждении орденом «Шохрат» И.Д.Абасова подробно...