“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1534-VQD nömrəli Qanununun tətbiqi barədə
 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1534-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 440-1.1-ci (dövlət orqanları (qurumları) və bələdiyyələr tərəfindən törədilən inzibati xətalar istisna olmaqla) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2019-cu il.

3 мая 2019, 08:05

http://www.azertag.az

3191—3200 из 3607

23 июня 2014, 09:06

Об освобождении судей апелляционных судов Азербайджанской Республики от должности   подробно...

23 июня 2014, 09:06

О назначении З.Ш.Зарбалиева судьей Гянджинского апелляционного суда   подробно...

23 июня 2014, 09:06

О назначении И.М.Насирова судьей Верховного суда Азербайджанской Республики   подробно...

20 июня 2014, 09:06

Об учреждении профессионального праздника «День моряка»   подробно...

20 июня 2014, 09:06

О дополнительных мерах в области поддержки связанных с Азербайджаном проектов зарубежных неправительственных организаций   подробно...

19 июня 2014, 16:06

Министр связи и высоких технологий Азербайджана встретился с вице-президентом Ирана   подробно...

18 июня 2014, 15:06

В Азербайджане предлагается страховать жизнь заёмщиков – физических лиц   подробно...

19 июня 2014, 14:06

Самое оптимальное медицинское страхование обещано азербайджанским гражданам   подробно...

18 июня 2014, 09:06

Азербайджан предложил UNWTO свои механизмы развития туристических дестинаций   подробно...

17 июня 2014, 09:06

О присвоении почетных званий работникам здравоохранения Азербайджанской Республики   подробно...