Azərbaycan Respublikası Prezidentinin “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 15 fevral tarixli 828 nömrəli və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında” 2014-cü il 14 may tarixli 162 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 122; 2016, № 5, maddə 865, № 11, maddə 1811; 2017, № 6, maddə 1085, № 11, maddə 2005; 2018, № 11, maddə 2246) 2.2-ci bəndində “33.3-cü maddəsinin birinci və ikinci (qoruqların sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi üzrə) cümlələrində” sözləri “33.3-cü maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin.
2. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 162 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 475; 2016, № 8, maddə 1384; 2018, № 4, maddə 655, № 6, maddə 1213) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.2-ci bənddən “, 33.3-cü maddəsinin birinci və ikinci (qoruqların sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi üzrə) cümlələrində” sözləri çıxarılsın;
2.2. 1.3-cü, 1.4-cü, 1.7-ci, 1.8-ci, 1.9-cu, 1.10-cu və 1.11-ci bəndlərdən “və Turizm” sözləri çıxarılsın;
2.3. 1.4-cü bənddən “37.1-ci, 37.2-ci, 41.2-ci,” sözləri çıxarılsın;
2.4. 1.5-ci və 1.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:
“1.5. həmin Qanunun 5.1.2-ci, 5.1.3-cü, 5.1.7-ci, 5.1.10-cu, 14.2.1-ci, 14.2.3 cü, 14.2.8-ci, 14.2.12-ci və 14.2.13-cü maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər;
1.6. həmin Qanunun 14.2.7-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, habelə dövlət reyestrinin aparılması istisna olmaqla, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər;”;
2.5. 1.7-ci, 1.8-ci, 1.10-cu və 1.11-ci bəndlərə birinci halda “İçərişəhər” sözündən əvvəl “tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,” sözləri əlavə edilsin və həmin bəndlərdə “ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri “ərazilərində isə” sözləri ilə əvəz edilsin;
2.6. 1.12-ci bəndə “Mədəniyyət Nazirliyi” sözlərindən sonra “, tabeliyindəki dövlət qoruqlarının ərazilərində isə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin;
2.7. 1.13-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.13. həmin Qanunun 37.1-ci və 37.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi həyata keçirir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 may 2019-cu il.
3 мая 2019, 08:0524 августа 2017, 09:08
О награждении Ш.Р. Абилова медалью «Терегги» подробно...
23 августа 2017, 09:08
О мерах по улучшению жилищно-бытовых условий населения в городе Шамкир подробно...
23 августа 2017, 09:08
О дополнительных мерах в связи с продолжением работ по благоустройству и созиданию в городе Гядабей подробно...
23 августа 2017, 09:08
О награждении военнослужащих Особой службы государственной охраны Азербайджанской Республики подробно...
23 августа 2017, 09:08
О присвоении Э.Б. Гамидову почетного звания «Заслуженный врач» подробно...
23 августа 2017, 09:08
О присвоении Э.Г.Новрузову высшего воинского звания генерал-майора подробно...
22 августа 2017, 09:08
О мерах по капитальному ремонту многоквартирных зданий и продолжению работ по благоустройству и созиданию в Самухском районе подробно...
22 августа 2017, 09:08
О назначении А.Э.Алекберова председателем Правления Управления Государственного историко-архитектурного заповедника «Ичеришехер» подробно...
22 августа 2017, 09:08
О дополнительных мерах по продолжению работ по благоустройству и созиданию и капитальному ремонту многоквартирных зданий в городе Гейгель подробно...
22 августа 2017, 09:08
О награждении В.Ф.Гаджиева орденом «За службу Отечеству» 2-й степени подробно...