Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1172-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1168, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12, (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1382-VQD, 1384-VQD nömrəli, 18 dekabr tarixli 1395-VQD, 1398-VQD nömrəli və 28 dekabr tarixli 1406-VQD, 1427-VQD, 1432-VQD nömrəli qanunları) 327-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə “kateqoriyasına” sözündən sonra “(altkateqoriyasına)” sözü əlavə edilsin.
Maddə 2. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599; 2010, № 4, maddə 276, № 10, maddə 841; 2013, № 11, maddə 1302; 2014, № 4, maddə 342; 2015, № 8, maddə 903, № 12, maddə 1439; 2016, № 2 (II kitab), maddə 221; 2017, № 2, maddə 140, № 12 (I kitab), maddə 2211; 2018, № 1, maddə 22) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 14.2.6-cı maddəyə “kateqoriyalı” sözündən sonra “(altkateqoriyalı)” sözü əlavə edilsin;
2.2. 27.1.1-ci maddəyə “kateqoriyası” sözündən sonra “və “D1” altkateqoriyası” sözləri, “avtonəqliyyat vasitələrini” sözlərindən əvvəl “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan” sözləri əlavə edilsin;
2.3. aşağıdakı məzmunda 27.1.1-1-ci maddə əlavə edilsin:
“27.1.1-1. “D1E” altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayan);”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il.
14 марта 2019, 08:036 апреля 2016, 09:04
О награждении медалью «Терегги» членов Палаты аудиторов Азербайджанской Республики подробно...
30 марта 2016, 09:03
О награждении орденом «Шохрат» И.А.Мехтиева подробно...
30 марта 2016, 09:03
О назначении И.А.Алышова генеральным исполнительным директором юридического лица публичного права – Палаты по контролю за финансовыми рынками Азербайджанской Республики подробно...
30 марта 2016, 09:03
О назначении Н.Р.Мамедовой заместителем председателя Совета директоров юридического лица публичного права – Палаты по контролю за финансовыми рынками Азербайджанской Республики подробно...
30 марта 2016, 09:03
О назначении И.Э.Велиева заместителем министра налогов Азербайджанской Республики подробно...
30 марта 2016, 09:03
О назначении С.П.Мамедханова первым заместителем министра налогов Азербайджанской Республики подробно...
30 марта 2016, 09:03
О мерах по обеспечению потребителей водоизмерительными приборами подробно...
30 марта 2016, 09:03
Об усовершенствовании структуры Министерства культуры и туризма Азербайджанской Республики подробно...
29 марта 2016, 09:03
О награждении орденом «Шохрат» А.Д.Искендерова подробно...
29 марта 2016, 09:03
О награждении орденом «Шараф» Дж.А.Алиева подробно...