“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46; 2018, № 7, maddə 1492) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda, “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyеv
Azərbaycan Rеspublikasının Prеzidеnti
Bakı şəhəri, 6 mart 2019-cu il.
7 марта 2019, 08:0318 августа 2014, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Синджан-Хачмаз-Фильфили Огузского района подробно...
15 августа 2014, 17:08
Лихорадка Эбола: Азербайджан предпринимает экстренные меры подробно...
15 августа 2014, 15:08
Введён дисконт по государственному лизингу сельскохозяйственной техники подробно...
15 августа 2014, 09:08
Программа «Произведено в Грузии» будет перенесена на Азербайджан подробно...
15 августа 2014, 09:08
О мерах по строительству автомобильной дороги Моллаисалар-Велиушагы-Моллаахмедли-Саркарлар Бардинского района подробно...
8 августа 2014, 09:08
О дополнительных мерах по ускорению социально-экономического развития Агдамского района подробно...
14 августа 2014, 09:08
Особый отдел появился в Министерстве налогов подробно...
13 августа 2014, 14:08
Административные правила мест заключения распространены на досудебные разбирательства подробно...
13 августа 2014, 14:08
Объявлен список подтверждающих документов для временного ввоза в Азербайджан иностранных автомобилей, не соответствующих Евро-4 подробно...
13 августа 2014, 09:08
В Азербайджане будут разработаны правила спортивного и любительского рыболовства подробно...