Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2019-cu ilin aprel ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, respublikanın Xalq artisti Seyid Şuşinskinin (Mir Möhsün ağa Seyid İbrahim oğlunun) anadan olmasının 130 illiyi tamam olur.Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşatmışdır. Geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirmişdir. Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində də təqdirəlayiq fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində mühüm xidmətlərini nəzərə alaraq ustad sənətkar Seyid Şuşinskinin anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Seyid Şuşinskinin 130 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral 2019-cu il.
5 февраля 2019, 09:0224 февраля 2014, 12:02
Координационная группа по развитию фондового рынка провела очередное заседание подробно...
24 февраля 2014, 11:02
Государственный таможенный комитет Азербайджана: в январе объём почтовой внешней торговли удвоился подробно...
21 февраля 2014, 10:02
Министерство экономики и промышленности Азербайджана получило утверждённые положение и структуру подробно...
20 февраля 2014, 14:02
Разрешение иностранцам на оплачиваемую трудовую деятельность стало бланком строгой отчётности подробно...
20 февраля 2014, 12:02
Обнуление таможенных пошлин не привело к увеличению импорта бензина Азербайджаном подробно...
19 февраля 2014, 17:02
О награждении Р.С.Аушева орденом «Достлуг» подробно...
19 февраля 2014, 15:02
Министерство налогов Азербайджана будет оказывать мобильные услуги налогоплательщикам подробно...
19 февраля 2014, 15:02
С 3 марта заработает система электронной торговли недвижимостью в Азербайджане подробно...
19 февраля 2014, 11:02
Азербайджанский инвестиционный саммит «2020 и вокруг: ускоряя экономический рост» состоится в Баку подробно...
18 февраля 2014, 17:02
Официальные переговоры о дополнительном финансировании модернизации судебной системы Азербайджана состоятся 20 февраля подробно...