“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1223-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40; 2001, № 10, maddə 640; 2002, № 8, maddə 478; 2003, № 6, maddə 290; 2005, № 8, maddə 717; 2006, № 1, maddə 9, № 7, maddə 590; 2007, № 6, maddə 606; 2008, №3, maddə 174; 2009, № 1, maddə 9, № 2, maddə 71; 2010, № 7, maddə 610; 2011, № 9, maddə 795, № 12, maddə 1128) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. üçüncü abzasda “76-cı maddəsinin dördüncü hissəsində” sözləri “76-cı maddəsinin doqquzuncu hissəsində” sözləri ilə əvəz edilsin;
2. dördüncü abzasda “74-cü maddəsinin altıncı hissəsində” sözləri “, 74-cü maddəsinin yeddinci hissəsində və 76-cı maddəsinin altıncı hissəsində” sözləri ilə əvəz edilsin;
3. aşağıdakı məzmunda on doqquzuncu və iyirminci abzaslar əlavə edilsin:
“həmin Qanunun 79-cu maddəsində (birinci və ikinci hallarda) “müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi nəzərdə tutulur;
həmin Qanunun 79-cu maddəsində (üçüncü halda) “müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sistemi nəzərdə tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2019-cu il.
4 февраля 2019, 08:027 мая 2014, 16:05
Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 30,66% подробно...
7 мая 2014, 11:05
В Азербайджане впервые будут созданы летние школы для учащихся подробно...
7 мая 2014, 11:05
В апреле более 5 тыс. азербайджанских налогоплательщиков нарушили закон подробно...
7 мая 2014, 10:05
Издан «Русско-азербайджанский толковый юридический словарь» подробно...
6 мая 2014, 16:05
Министерство образования проведёт диагностику в бакинских школах подробно...
6 мая 2014, 14:05
Кредитное соглашение по последнему траншу дорожной MFF 2007 года подписано подробно...
6 мая 2014, 12:05
Вводятся особые стандарты качества интернета подробно...
6 мая 2014, 11:05
Изменено положение МЧС Азербайджана подробно...
6 мая 2014, 09:05
О присвоении Т.Р.Мехтиеву высшего воинского звания генерал-майора подробно...
6 мая 2014, 09:05
О назначении Т.А.Амирасланова заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...