“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1427-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1427-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 noyabr tarixli 331 nömrəli, 15 noyabr tarixli 343 nömrəli, 23 noyabr tarixli 360 nömrəli, 10 dekabr tarixli 384 nömrəli, 18 dekabr tarixli 409 nömrəli, 20 dekabr tarixli 416 nömrəli, 28 dekabr tarixli 453 nömrəli və 2019-cu il 10 yanvar tarixli 462 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 5.1-ci bəndə “443.2” rəqəmlərindən sonra “, 457-1.1.1, 457-1.1.2, 457-1.2” rəqəmləri əlavə edilsin;
3.2. 5.33-cü bənddə “342.1.9 və 348-ci” sözləri “276-1, 342.1.9, 348, 457-1.1.3 və 457-1.1.4-cü” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 yanvar 2019-cu il.
18 января 2019, 08:0126 января 2021, 19:01
Распоряжение Президента Азербайджанской Республики Об освобождении Р.Н.Набиева от должности председателя Открытого акционерного общества «Азеркосмос» подробно...
26 января 2021, 19:01
Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Н.Набиева министром транспорта, связи и высоких технологий Азербайджанской Республики подробно...
26 января 2021, 19:01
Распоряжение Президента Азербайджанской Республики Об освобождении О.Г.Шахбазова от должности управляющего делами Президента Азербайджанской Республики подробно...
26 января 2021, 19:01
Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Н.Гулузаде управляющим делами Президента Азербайджанской Республики подробно...
26 января 2021, 19:01
Распоряжение Президента Азербайджанской Республики О награждении Т.А.Бакиханова орденом "Шараф" подробно...
26 января 2021, 19:01
Распоряжение Президента Азербайджанской Республики О награждении А.З.Мустафаева «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
25 января 2021, 19:01
Распоряжение Президента Азербайджанской Республики О ряде мер по улучшению социально-бытовых условий лиц, признанных инвалидами в связи с защитой территориальной целостности, независимости и конституционного строя Азербайджанской Республики, и семей шехидов подробно...
23 января 2021, 17:01
Распоряжение Президента Азербайджанской Республики О награждении И.М.Гаджиева орденом «Шохрат» подробно...
23 января 2021, 17:01
Распоряжение Президента Азербайджанской Республики Об утверждении состава Наблюдательного совета Государственной нефтяной компании Азербайджанской Республики подробно...
22 января 2021, 18:01
Распоряжение Президента Азербайджанской Республики О награждении военнослужащих Вооруженных сил Азербайджанской Республики медалью «За освобождение Агдама» подробно...