О ставках и порядке оплаты государственной пошлины
Дата релиза: 26.10.2000
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dövlət rüsumunun dərəcələri və ödənilməsi qaydası haqqında
Qərar № 156
Bakı şəhəri, 29 iyun 1995-ci il
Azərbaycan Respublikasının «Dövlət rüsumu haqqında» 24 mart 1995-ci il tarixli Qanununun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
I.
1. Məhkəməyə verilən iddia ərizələrindən, iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulmaq barədə ərizələrindən, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən, apellyasiya və kassasiya şikayətlərindən, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulmasından verilən şikayətlərdən dövlət rüsumu aşağıdakı dərəcələrlə alınır:
a) |
məhkəməyə verilən iddia ərizələrindən | iddia qiyməti aylıq gəlirin vergi tutulmayan məbləğinin 2,0 mislindən çox olmadıqda, aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,1 misli, çox olduqda isə aylıq gəlirin vergi tutulmayan məbləğinin 1,0 misli miqdarında; |
b) |
iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən | iddia qiyməti aylıq gəlirin vergi tutulmayan məbləğinin 2,0 mislindən çox olmadıqda, aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,1 misli, çox olduqda isə aylıq gəlirin vergi tutulmayan məbləğinin 1,0 misli miqdarında; |
v. |
nikahın ləğv olunması haqqında iddia ərizələrindən | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında |
təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən | əmək haqqının minimum məbləğinin 5 misli miqdarında | |
nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə | rüsumun məbləği bu bəndin «a» yarımbəndinə müvafiq olaraq müəyyən edilir | |
q. |
xəbərsiz itkin düşməsi, yaxud ruhi xəstəlik və ya kəm ağıllığı nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərlə, yaxud 3 ildən az olmamaqla azadlıqdan məhrum edilmiş şəxslərlə nikahın ləğv edilməsi barədə ərizələrdən | əmək haqqının minimum məbləğinin 0,5 misli miqdarında |
ğ. |
yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən qeyri əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında |
d) |
məhkəmə əmri haqqında ərizələrdən | mühahisə edilən məbləğin 15 faizi miqdarında; |
e) |
hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən | aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında; |
ə) |
apellyasiya və kassasiya şikayətlərindən | birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməsi müəyyən edilmiş dövlət rüsumunun müvafiq olaraq 120 və 150 faizi miqdarında; |
j) |
iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən | aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında; |
z) |
qanunla nəzərdə tutulan müqavilələr üzrə ixtilaflara dair və yaxud tərəflərin razılığı ilə ixtilafın iqtisad məhkəməsinin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən | aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında; |
i) |
müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən | aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında; |
ı) |
mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən | aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında; |
y) |
qanunla mübahisəsiz qaydada (akseptsiz) cərimələrin tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən | aylıq gəlirin vergi tutulmayan məbləğinin 1,0 misli miqdarında; |
k) |
nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ-hüquqi aktın tələblərini pozmaqla mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən | aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,2 misli miqdarında; |
g) |
müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən | aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında; |
l) |
hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən | aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında; |
m) |
vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən | aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,2 misli miqdarında; |
n) |
Məhkəmə aktlarının təkrarən verilməsinə görə | aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında. |
2. Müvəkkil edilmiş dövlət idarələrində notariat əməliyyatlarının yerinə yetirilməsinə, habelə onlar tərəfindən sənədlərin layihələrinin hazırlanmasına, surətlərin verilməsinə (təkrar verilməsinə) və texniki işlərin görülməsinə görə dövlət rüsumu aşağıdakı dərəcələrlə alınır:
a. | yaşayış evlərinin: mənzillərin, bağ evlərinin, digər binaların, qurğuların, tikililərin, torpaqların başqa daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün: | |
uşaqlara, ərə (arvada), valideynlərə | müqavilə məbləğinin 1,0 faizi miqdarında | |
başqa vətəndaşlara | müqavilə məbləğinin 2,5 faizi miqdarında | |
müqavilə üzrə əmlak, fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq, hüquqi şəxslərə keçərsə | müqavilə məbləğinin 2,5 faizi miqdarında | |
müqavilə üzrə əmlak xarici ölkələrin hüquqi və fiziki şəxslərinə keçərsə | müqavilə məbləğinin 2,5 faizi miqdarında» | |
b. | nəqliyyat vasitələrinin bağışlanması müqavilələrinin təsdiqi üçün: | |
uşaqlara, ərə (arvada), valideynlərə | buraxılış ilindən sonra 5 il ərzində nəqliyyat vasitəsinin mühərrikinin hər at gücü üçün əmək haqqının minimum məbləğinin 5 faizi miqdarında, buraxılış ilindən 5 il sonra isə 2 faizi miqdarında | |
başqa vətəndaşlara | buraxılış ilindən sonra 5 il ərzində nəqliyyat vasitəsinin mühərrikinin hər at gücü üçün əmək haqqının minimum məbləğinin 10 faizi, buraxılış ilindən 5 il sonra isə 4 faizi miqdarında | |
müqavilə üzrə əmlak, fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq, hüquqi şəxslərə keçərsə | buraxılış ilindən sonra 5 il ərzində nəqliyyat vasitəsinin mühərrikinin hər at gücü üçün əmək haqqının minimum məbləğinin 5 faizi, 5 ildən sonra isə 2 faizi miqdarında | |
müqavilə üzrə əmlak xarici ölkələrin hüquqi və fiziki şəxslərinə keçərsə | buraxılış ilindən sonra 5 il ərzində nəqliyyat vasitəsinin mühərrikinin hər at gücü üçün əmək haqqının minimum məbləğinin 25 faizi miqdarında, buraxılış ilindən 5 il sonra isə 15 faizi miqdarında | |
v. | müəssisələrin və ya müəssisədəki payın özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün: | |
uşaqlara, ərə (arvada), valideynlərə | müqavilə məbləğinin 0,1 faizi miqdarında | |
başqa vətəndaşlara | müqavilə məbləğinin 0,2 faizi miqdarında | |
müqavilə üzrə əmlak fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərə keçərsə | müqavilə məbləğinin 0,4 faizi miqdarında | |
müqavilə üzrə əmlak xarici ölkələrin hüquqi və fiziki şəxslərinə keçərsə | müqavilə məbləğinin 0,5 faizi miqdarında» | |
q. | Mənzil sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün | müqavilə məbləğinin 0,1 faizi miqdarında» |
ğ. | əvvəllər bağlanmış müqavilələrin ləğvi barədə sazişin rəsmiləşdirilməsi üçün | əmək haqqının minimum məbləğinin 1 misli miqdarında |
d. | qiymətləndirilən digər müqavilələrin təsdiqi üçün | müqavilə məbləğinin 0,3 faizi miqdarında |
e. | əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqi üçün | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında |
ə. | vasiyyətnamələrin təsdiqi üçün | əmək haqqının minimum məbləğinin 1 misli miqdarında |
j. | vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün | |
uşaqlara, ərə (arvada), valideynlərə | vərəsəlik əmlakın dəyərinin 0,1 faizi miqdarında | |
başqa vətəndaşlara | vərəsəlik əmlakın dəyərinin 0,3 faizi miqdarında | |
təsərrüfat fəaliyyətindən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər olarsa | vərəsəlik əmlakın dəyərinin 0,1 faizi miqdarında | |
xarici ölkələrin hüquqi və fiziki şəxsləri olarsa | vərəsəlik əmlakın dəyərinin 0,5 faizi miqdarında | |
z. | ər-arvadın birgə nikah dövründə qazanılmış ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqındakı şəhadətnamələr verilməsi üçün: | |
ərlə arvadın sağlığında | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında | |
sağ qalmış ərə (arvada) | əmək haqqının minimum məbləğinin 1 misli miqdarında | |
i. | əmlakdan istifadə edilməsi və ona sərəncamverilməsi, kredit əməliyyatlarının aparılması barədə vəkalətnamələrin təsdiqi üçün: | |
uşaqlara, ərə arvada, valideynlərə | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında | |
başqa vətəndaşlara | əmək haqqının minimum məbləğinin 5 misli miqdarında | |
təsərrüfat fəaliyyətindən və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər olarsa | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında | |
xarici ölkələrin hüquqi və fiziki şəxsləri olarsa | əmək haqqının minimum məbləğinin 20 misli miqdarında | |
ı. | nəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək barədə vəkalətnamələrin təsdiqi üçün: | |
uşaqlara, ərə (arvada), valideynlərə | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında | |
başqa vətəndaşlara | əmək haqqının minimum məbləğinin 5 misli miqdarında | |
xarici ölkələrin fiziki şəxslərinə | əmək haqqının minimum məbləğinin 10 misli miqdarında | |
y. | nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və başqa şəhərdən sürülüb gətirilməsi üçün verilən vəkalətnamə təsdiqinə görə | əmək haqqının minimum məbləğinin 5 misli miqdarında |
k. | başqa vəkalətnamələrin təsdiqi üçün | əmək haqqının minimum məbləğinin 1 misli miqdarında |
g. | vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün | əmək haqqının minimum məbləğinin 1 misli miqdarında |
l. | dəniz protestlərinin tərtibi üçün: | |
dövlət hüquqi şəxslərinə | protest məbləğinin 0,3 faizi miqdarında | |
xüsusi hüququ şəxslərinə | protest məbləğinin 0,5 faizi miqdarında | |
m. | sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi üçün (hər səhifəyə görə) | əmək haqqının minimum məbləğinin 10 faizi miqdarında |
n. | icra qeydlərinin aparılması üçün: | tutulacaq məbləğin 5 faizi miqdarında |
o. | sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdəki imzanın həqiqiliyinin, həmçinin tərcüməçinin imzasının həqiqiliyinin təsdiqi üçün: | |
Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə | əmək haqqının minimum məbləğinin 10 faizi miqdarında | |
xarici ölkələrin hüquqi və fiziki şəxslərinə | əmək haqqının minimum məbləğinin 20 faizi miqdarında | |
ö. | notariat qaydasında təsdiq edilmiş sənədlərin surətinin təkrar verilməsi üçün | əmək haqqının minimum məbləğinin 1 misli miqdarında |
p. | vətəndaşların, dövlət, idarə, müəssisə və təşkilatlarının, kolxoz, kooperativ və digər ictimai təşkilatların ərizələrinin başqa vətəndaşlara, dövlət-idarə, müəssisə və təşkilatlara, kolxozlara, kooperativlərə və başqa ictimai təşkilatlara verilməsi və 3-cü bəndin «a-g» yarımbəndlərində göstərilən əməliyyatlardan başqa aparılan notariat əməliyyatları üçün: | əmək haqqının minimum məbləğinin 2 misli |
Qeyd: Notariat kontorundan kənarda aparılan notariat əməliyyatları üçün rüsum ikiqat ödənilir. Bundan əlavə, əməliyyatların aparılması üçün sərf olunmuş faktiki yol xərci də sifarişçinin hesabına ödənilməlidir.
3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılması üçün
a. |
nikah qeydiyyatı üçün: | |
Azərbaycan Respublikası vətəndaşı üçün | əmək haqqının minimum məbləğinin 1 misli miqdarında | |
xarici vətəndaşlar üçün | əmək haqqının minimum məbləğinin 10 misli miqdarında | |
b. |
boşanmanın qeydiyyatı üçün: | |
boşanmanın vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanlarında pozulması hallarında | əmək haqqının minimum məbləğinin 5 misli miqdarında ər və ya arvadın hər ikisindən və ya birindən | |
məhkəmə qətnaməsi əsasında | əmək haqqının minimum məbləğinin 10 misli miqdarında ər və ya arvadın hər ikisindən və ya birindən | |
tərəflərdən biri müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud ruhi xəstəlik və ya kəmağıllılıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə, yaxud ən azı üç il müddətində azadlıqdan məhrum edilmiş şəxsdirsə | əmək haqqının minimum məbləğinin 1 misli miqdarında | |
v. |
soyadın, adın və ata adının dəyişdirilməsinin qeydiyyatı üçün | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında |
q. |
doğum, ölüm, nikah və boşanma ilə əlaqədar edilən dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi barədə şəhadətnamələrin verilməsi üçün | əmək haqqının minimum məbləğinin 1 misli miqdarında |
Qeyd: Soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum alınmır.
ğ. |
vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı barədə təkrar şəhadətnamələrin verilməsi üçün | əmək haqqının minimum məbləğinin 1 misli miqdarında |
xaricdə istifadə edilməsi məqsədilə verilən eyni cür şəhadətnamələr üçün | əmək haqqının minimum məbləğinin 10 misli miqdarında |
4. Sair əməliyyatların aparılmasına görə dövlət rüsumu aşağıdakı dərəcələrlə alınır:
a. | Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə | əmək haqqının minimum məbləğinin 20 misli miqdarında |
Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən xidməti pasportların verilməsinə görə | əmək haqqının minimum məbləğinin 10 misli miqdarında |
|
b. |
Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən pasportlara əlavənin verilməsinə və əlavənin müddətinin uzadılmasına görə | əmək haqqının minimum məbləğinin 5 misli miqdarında |
v. |
vətəndaşlığı olmayan şəxslərə xaricə getmək hüququ verən vəsiqənin (vizanın) verilməsinə, vəsiqənin (vizanın) müddətinin uzadılmasına görə | əmək haqqının minimum məbləğinin 5 misli miqdarında |
q. |
Azərbaycan Respublikasından xaricə getmək, eyni zamanda Azərbaycan Respublikasına gəlmək üçün xarici pasporta və ya onu əvəz edən sənədə viza verilməsinə və yaxud həmin vizanın müddətinin uzadılmasına görə | əmək haqqının minimum məbləğinin 5 misli miqdarında |
ğ. |
vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasından xaricə getmək hüququ verən pasporta və ya onu əvəz edən sənədə vizə verilməsi və ya viza müddətinin uzadılmasına və xaricə getmək üçün viza verilməsinə görə | əmək haqqının minimum məbləğinin 10 misli miqdarında |
d. |
Azərbaycan Respublikasından xaricə getmək və ya Azərbaycan Respublikasına gəlmək hüququ verən əvvəllər verilmiş sənədlərdə hər hansı dəyişiklik aparılmasına (müddətin uzadılması əməliyyatından başqa) görə | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında |
e. |
Azərbaycan Respublikası vətəndaşlarına, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına də'vət olunması haqqında sənədlərin verilməsinə görə | əmək haqqının minimum məbləğinin 5 misli miqdarında |
ə. |
xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşayış vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına, xarici pasportların və onu əvəz edən sənədlərin qeydə alınmasına və ya qeydə alınması müddətinin uzadılmasına görə | əmək haqqının minimum məbləğinin 5 misli miqdarında |
j. |
xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə itirilmiş müvvəqəti yaşayış vəsiqəsinin yenidən verilməsinə görə | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında |
z. |
Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək və ya ondan çıxmaq barədə ərizələrdən | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında |
i. |
itirilmiş xarici pasportların və onu əvəz edən sənədlərin yenidən verilməsinə görə | əmək haqqının minimum məbləğinin 5 misli miqdarında |
ı. |
Azərbaycan Respublikasının vətəndaşına xaricə getmək hüququ verən pasporta əlavələrin və ya Azərbaycan Respublikasına də'vət olunmaq barədə sənədlərin yenidən verilməsinə görə | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında |
l. |
Azərbaycan Respublikası vətəndaşlarının (eləcə də keçmiş SSRİ vətəndaşlarının) qeydiyyata alınmasına görə | əmək haqqının minimum məbləğinin 1 misli miqdarında |
k. |
şəxsi də'vətlə, təhsil almaq, təcrübə keçmək və kommersiya işləri ilə əlaqədar, həmçinin turist sifəti ilə Azərbaycan Respublikasına gəlmiş xarici vətəndaşların vizalarının və qalma müddətlərini uzadılmasına görə | 1 ayadək müddət üçün əmək haqqının minimum məbləğinin 10 misli, növbəti hər ay üçün bir ildən artıq olmamaq şərti ilə əmək haqqının minimum məbləğinin 10 misli miqdarında |
g. |
dövlətlərarası və idarələrarası müqavilələr əsasında Azərbaycan Respublikasına gəlmiş xarici mütəxəssislərə çoxsaylı gediş-gəliş vizaları verilməsi üçün | 6 aya qədər əmək haqqının minimum məbləğinin 75 misli, 6 aydan 1 ilə qədər 150 misli miqdarında |
l. |
təhsil almağa, təcrübə keçməyə gəlmiş xarici vətəndaşlara gediş-gəliş vizaları açılması üçün | əmək haqqının minimum məbləğinin 20 misli miqdarında, gediş vizaları üçün əmək haqqının minimum məbləğinin 10 misli miqdarında |
m. |
şəxsi də'vət və turist sifəti ilə, işgüzar və kommersiya işləri ilə əlaqədar Azərbaycan Respublikasından tranzit yolla keçən xarici vətəndaşlara respublikada qalmaları üçün | əmək haqqının minimum məbləğinin 20 misli miqdarında |
n. |
dövlət və ictimai siyasi təşkilatlar və eləcə də xarici iqtisadi fəaliyyətlə məşğul olan özəl strukturların müraciəti ilə adi giriş-çıxış vizalarının rəsmiləşdirilməsi üçün (3 gündən 3 ayadək müddətinə): | |
birdəfəli giriş-çıxış vizası | 40 ABŞ dolları | |
ikidəfəli giriş-çıxış vizası | 80 ABŞ dolları |
Qeyd: ölkələr arasında qarşılıqlı razılaşma halları istisna olmaqla
o. |
dövlət təşkilatları və eləcə də xarici iqtisadi fəaliyyətlə məşğul olan digər özəl strukturların müraciəti ilə 1 il müddətinə çoxdəfəli giriş-çıxış vizalarının rəsmiləşdirilməsi üçün (ölkələr arasında qarşılıqlı razılaşma halları istisna olmaqla). | 250 ABŞ dolları |
şəxsi kontraktla təhsil alan tələbələrin vizalarının rəsmiləşdirilməsi üçün | 20 ABŞ dolları | |
p. |
tranzit vizaların rəsmiləşdirilməsi üçün: | |
adi tranzit viza | 20 ABŞ dolları | |
ikidəfəli tranzit viza | 40 ABŞ dolları | |
r. |
viza müddətinin artırılması üçün: | |
24 saat | 10 ABŞ dolları | |
48 saat | 20 ABŞ dolları | |
72 saat | 30 ABŞ dolları | |
3 gündən bir ayadək | 40 ABŞ dolları | |
1 aydan 3 ayadək | 80 ABŞ dolları | |
s. |
vaxtı bitmiş vizalarının müddətlərinin artırılması üçün: | |
hər ay üçün | 50 ABŞ dolları | |
t. |
qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə | 48000 (qırx səkkiz min) manat |
u. | 16 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə | əmək haqqının minimum məbləğinin 1 misli miqdarında |
Azərbaycan Respublikasının vətəndaşları 25, 30, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə şəxiyyət vəsiqəsinin dəyişdirilməsinə görə | əmək haqqının minimum məbləğinin 0,5 misli miqdarında | |
Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə onun dəyişdirilməsinə görə | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında. |
Qeyd: Azərbaycan Respublikasına gələn əcnəbi vətəndaşlardan viza alınması üçün dövlət rüsumu Milli Bankın həmin günə müəyyən etdiyi ABŞ dollarının məzənnəsi ilə ödənilir.
Aşağıdakı hallarda Azərbaycan Respublikasına gələn əcnəbilərdən dövlət rüsumu alınmır:
- dövlət və hökumət nümayəndə hey'əti üzvləri və rəsmi şəxslərdən;
- Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edən əcnəbilərdən;
- dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərən əcnəbilərdən;
- Müdafiə Nazirliyi xətti ilə səfər edən əcnəbilərdən;
- Diplomatik nümayəndəliklər tərəfindən rəsmi nota təqdim edildikdə.
Dövlət və hökumət nümayəndə hey'ətinin tərkibində xarici ölkələrə e'zam olunan şəxslərin pasport və digər gediş sənədləri rəsmiləşdirilərkən dövlət rüsumu tutulmur.
t. |
odlu ov və ya idman silahının saxlanması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsinə görə | |
ilkin qeydiyyata görə | əmək haqqının minimum məbləğinin 10 misli miqdarında | |
təkrar qeydiyyata görə | əmək haqqının minimum məbləğinin 5 misli miqdarında | |
u. | xidməti silahın əldə edilməsinə icazəsinin verilməsinə görə: | |
ilkin qeydiyyata görə | əmək haqqının minimum məbləğinin 10 misli miqdarında | |
təkrar qeydiyyata görə | əmək haqqının minimum məbləğinin 5 misli miqdarında | |
ü. | əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına və onların müddətinin uzadılmasına görə: | |
İlkin icazəyə görə |
əmək haqqının minimum məbləğinin 40 misli miqdarında | |
İcazənin müddətinin uzadılmasına görə | əmək haqqının minimum məbləğinin 20 misli miqdarında | |
v. | Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə | aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,3 misli miqdarında |
y. | Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə | aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında |
z. | Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə verilməsinə görə | aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında |
Qeyd: ov etmək hüququna icazə verilməsinə və patentlərin verilməsinə görə rüsum Nazirlər Kabinetinin xüsusi qərarı ilə tənzimlənir.
5. Hüquqi şəxslərin qeydiyyatı və təkrar qeydiyyatının aparılması üçün
a. |
siyasi partiyaların qeydiyyatı üçün | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında |
b. |
dini qurumların qeydiyyatı üçün | əmək haqqının minimum məbləğinin 20 misli miqdarında |
v. |
ictimai birliklərin qeydiyyatı üçün | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında, qadınların, gənclərin və uşaqların ictimai birliklərin qeydiyyata alınmasına görə rüsum göstərilən məbləğin 50 faizi miqdarında tutulur |
q. |
həmkarlar təşkilatlarının qeydiyyatı üçün | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında |
ğ. |
bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin qeydiyyatı üçün | e'lan olunmuş nizamnamə fondunun 0,1 faizi miqdarında |
d. |
dövlət və bələdiyyə müəssisələrinin, idarələrinin və təşkilatlarının qeydiyyatı üçün | əmək haqqının minimum məbləğinin 10 misli miqdarında |
e. |
icarə müəssisələrinin qeydiyyatı üçün | əmək haqqının minimum məbləğinin 10 misli miqdarında |
ə. |
tamamilə xarici investisiyalı müəssisələrin, birgə müəssisələrin, xarici hüquqi şəxslərin filiallarının qeydiyyatı üçün | əmək haqqının minimum məbləğinin 150 misli miqdarında |
j. |
xarici hüquqi şəxslərin nümayəndəliklərinin qeydiyyatı üçün | 2 (iki) min ABŞ dolları miqdarında |
z. |
digər müəssisələrinin qeydiyyatı üçün | əmək haqqının minimum məbləğinin 20 misli miqdarında |
i. |
bu bəndin d, e, ə, z, yarımbəndlərində göstərilən kənd təsərrüfatı fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün | əmək haqqının minimum məbləğinin 2 misli miqdarında |
Qeyd: hüquqi şəxslərin təkrar qeydiyyata alınması üçün ilkin məbləğin 50 faizi miqdarında, hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün əmək haqqının minimum məbləğinin 1 misli miqdarında dövlət rüsumu alınır.
II. Dövlət rüsumunun ödənilməsi qaydası:
Dövlət rüsumu nağd və ya köçürmə yolu ilə dövlət büdcəsinə ödənilir. Dövlət rüsumu nağd pul ilə ödənildikdə rüsumla ödənilən sənədə tə'diyəni qəbul etmiş kredit idarəsinin qəbzi, tə'diyəçinin hesabından köçürüldükdə isə tə'diyə tapşırığı əlavə edilir.
Nağd qaydada ödənilən dövlət rüsumu 50,0 min manatdan artıq olduqda həmin məbləğlər ancaq Respublika Səhmdar Kommersiya Aqrar-Sənaye, Sənaye İnvestisiya Səhmdar Kommersiya və Səhmdar Kommersiya Əmanət banklarının şö'bə və filiallarına ödənilir.
III. Qanunun tətbiqinə dair tə'limatı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi qəbul edirlər.
IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Dövlət rüsumu barədə olan 21 yanvar 1992-ci il tarixli 30 nömrəli, 24 avqust 1992-ci il tarixli 466 nömrəli, 7 sentyabr 1993-cü il tarixli 480 nömrəli, 4 oktyabr 1993-cü il tarixli 531 nömrəli, 22 may 1995-ci il 65 nömrəli qərarları öz qüvvəsini itirmiş hesab edilsin.
V. Ədliyyə Nazirliyi 1 ay müddətinə Nazirlər Kabinetinin qərarlarını «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırmaq barədə təkliflər versin.
Baş Nazir
F.QULİYEV.
2 avqust 1996-cı il tarixli, 98 nömrəli; 27 iyun 1997-ci il tarixli, 67 nömrəli; 30 iyun 1998-ci il tarixli, 147 nömrəli; 7 dekabr 1998-ci il tarixli, 229 nömrəli; 24 sentyabr 1999-cu il tarixli, 153 nömrəli; 27 sentyabr 1999-cu il tarixli, 157 nömrəli; 19 oktyabr 1999-cu il tarixli, 167 nömrəli; 17 may 2000-ci il tarixli, 91 nömrəli; 19 iyun 2000-ci il tarixli, 102 nömrəli; 18 avqust 2000-ci il tarixli, 144 nömrəli; 30 avqust 2000-ci il tarixli, 153 nömrəli; 26 oktyabr 2000-ci il tarixli, 194 nömrəli qərarlara əsasən dəyişiklik və əlavələrlə («LegalActs»).
© LegalActs