О присвоении имен шехидов учреждениям культуры республики


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 440)

Дата релиза: 17.09.1996

Respublikanın mədəniyyət ocaqlarına şəhid adlarının verilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabineti

Respublikanın mədəniyyət ocaqların
şəhid adlarının verilməsi haqqında

Qərar № 125

Bakı şəhəri, 17 sentyabr 1996-cı il.

Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak onların adının əbədiləşdirilməsi barədə təkliflərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

    • Bakı şəhər Qaradağ rayonunun dəmiryol klubuna Zaur Şirnalı oğlu Qurbanovun, Əzizbəyov rayonu Buzovna qəsəbəsindəki «İqlim» zavodunun mədəniyyət sarayına Azərbaycanın Milli Qəhrəmanı Nurəddin İslam oğlu İbrahimovun;
    • Ağdam rayonunun Əfətli kənd mədəniyyət evinə German Məmmədxan oğlu Göyüşovun, Xındırıstan kənd yeddiillik uşaq musiqi məktəbinə Şəmsi Talış oğlu Bayramovun, Çəmənli kənd mədəniyyət evinə Kərim Rza oğlu Rzayevin, Gülləcə kənd mədəniyyət evinə Sulduz Nəriman oğlu Nəsibovun;
    • Astara rayonunun Kakalos kənd mədəniyyət evinə Rafiq Paşa oğlu Qüdrətovun, Tənkərüd kənd mədəniyyət evinə Mahir Xaliq oğlu Əhmədovun;
    • Beyləqan rayonunun Milabad kənd mədəniyyət evinə Qurban Baxış oğlu İbrahimovun;
    • Qazax rayonunun Dəmirçilər kənd mədəniyyət evinə Natiq Qəmbər oğlu Qəmbərovun, Daş Salahlı kənd mədəniyyət evinə Rövşən Fərman oğlu Pənahovun;
    • İsmayıllı rayonunun Kürdmaşı kənd mədəniyyət evinə Canpolad Ələsgər oğlu İsgəndərovun, Diyallı kənd mədəniyyət evinə Əflatun Ərziman oğlu Həsənovun;
    • Neftçala rayonunun Neftçala şəhər mədəniyyət və incəsənət sarayına Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Sadiq oğlu Məmmədovun;
    • Salyan rayonunun Marışlı kənd mədəniyyət evinə Vahid Ağaqulu oğlu Tağıyevin;
    • Mingeçevir şəhər «Bahar» yay kino-teatrına Arif Kamil oğlu Ramazanovun, Azərb. DRES Energetik mədəniyyət evinə Azər Bayram oğlu Niftəliyevin;
    • Lənkəran rayonunun Mamusta kənd mədəniyyət evinə Famil Ağaverdi oğlu Hüseynovun, rayon mərkəzləşdirilmiş kitabxanalar sisteminin İstisu qəsəbəsindəki 7 nömrəli filialına Əkrəm Məcid oğlu Quliyevin, şəhər «Dostluq» mədəniyyət və istirahət parkına Azərbaycan Milli Qəhrəmanı Əsgər Ələkbər oğlu Əliyevin;
    • Zaqatala rayonunun Muxax kənd mədəniyyət evinə Ramazan Mollaəli oğlu Xəlilovun, Lahıc kənd mədəniyyət evinə Vüqar Oruc oğlu Bayramovun, Çobankol mədəniyyət evinə Bəhmən Qədir oğlu İbrahimovun, Qımır kənd mədəniyyət evinə Rafiq Qurbanismayıl oğlu Bayraməliyevin, Yuxarı Çardaqlar kənd mədəniyyət evinə Qüdrət Əsabəli oğlu Baharovun, Yengiyan kənd mədəniyyət evinə Eyvaz Məhəmməd oğlu Əlixanovun, Bəhmədli kənd mədəniyyət evinə Oruc Rizvan oğlu Kərimovun, Dombabinə kənd mədəniyyət evinə Nurəddin Soltan oğlu Şabanovun, Kəpənəkçi kənd mədəniyyət evinə Asif Şərif oğlu Falayevin, Həytala kənd mədəniyyət evinə Zahid Feyzulla oğlu Qallayevin, Makov kənd mədəniyyət evinə Məhəmməd Həbibulla oğlu Adamovun, Aşağı Tala kənd mədəniyyət evinə Azad Əli oğlu Davudovun, Muğanlı kənd mədəniyyət evinə Akif Məhəmməd oğlu Rəsulovun;
    • Laçın rayonunun Bozlu kənd mədəniyyət evinə Azərbaycanın Milli Qəhrəmanı Kamil Balədə oğlu Nəsibovun, Arduşlu kənd mədəniyyət evinə Zöhrab Telman oğlu Əsgərovun,Ağcayazı kənd klubuna Əzim Zahid oğlu Qasımovun, Alxaslı kənd mədəniyyət evinə Əşrəf Rəhbər oğlu Məmmədovun, Ağamus kənd mədəniyyət evinə Eldəniz Sabir oğlu Məmmədovun, Heçaz kənd mədəniyyət evinə Bakir Rəşid oğlu Meraliyevin, Alıqulu kənd mədəniyyət evinə Sədrəddin Nurəddin oğlu Allahverdiyevin, şəhər 7 nömrəli musiqi məktəbinə Əli Həsənqulu oğlu Quliyevin, Əhmədli kənd mədəniyyət evinə Namiq Rafiq oğlu Babayevin, Qoşasu kənd mədəniyyət evinə Zakir Sabir oğlu İbrahimovun, Ərdənəvi kənd mədəniyyət evinə Vaqif Rzaqulu oğlu Quliyevin, Mişni kənd mədəniyyət evinə Ərəstun Əhməd oğlu Kərimovun, Mişni kənd kitabxanasına Habil Yunus oğlu Həsənovun, Heçaz kənd kitabxanasına Kamil Qəni oğlu Məmiyevin, Güləbird kənd kitabxanasına Gəray Azad oğlu Məmmədovun, Güləbird kənd mədəniyyət evinə İlyas Vaqif oğlu Cabbarovun, Fərraş kənd klubuna Rafiq Mirhüseyn oğlu Orucovun, Quşçu kənd klubuna Sabir Əhməd oğlu Həsənovun, Hacıxallı kənd klubuna Həbib Sevindik oğlu Xəlilovun, Daşlı kənd klubuna Sulduz Arif oğlu Tağıyevin, Daşlı kənd kitabxanasına Elşad Lətif oğlu Həsənovun, Qorçu kənd mədəniyyət evinə Osman Muğam oğlu Xəlilovun, Bozgüney kənd klubuna İslam Yaqub oğlu Rüstəmovun, Minkənd kənd mədəniyyət evinə Vüqar Xasay oğlu Babaverdiyevin, Bozgüney kənd kitabxanasına Mirzəfər Əfqan oğlu Qiyasovun, Quşçu kənd kitabxanasına Mənsur Ceyhun oğlu Şirinovun, Fətəlipəyə kənd kitabxanasına Kamal Bəbiş oğlu Cabbarovun, Nağdalı kənd klubuna Rəhbər Məhəmməd oğlu Məhdiyevin, Oğuldərə kənd klubuna Xəqani Vaqif oğlu Məcnunovun, Oğuldərə kənd kitabxanasına Pənah Balay oğlu Məmmədovun, Sadımlar kənd mədəniyyət evinə Qaçay Fərhad oğlu Allahverdiyevin;
    • Şəmkir rayonunun Mehirli kənd kitabxanasına Xəqani Hüseyn oğlu Ələkbərovun, Könüllü kənd mədəniyyət evinə Nəsimi Teymur oğlu Məmmədovun, Düyərli kənd kitabxanasına Mahir İdris oğlu Aslanovun;
    • Kəlbəcər rayonunun Mərcimək kənd klubuna Zahid Daşqın oğlu Musayevin;
    • Goranboy rayonunun Nizami kənd mədəniyyət evinə Musa Şərif oğlu Qəhrəmanovun;
    • Cəlilabad rayon mədəniyyət evinə Azərbaycanın Milli Qəhrəmanı Səfa Fətulla oğlu Axundovun adının verilməsi barədə müvafiq şəhər, rayon icra hakimiyyəti orqanlarının təklifi qəbul edilsin.

Baş nazirin birinci müavini

A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 440) («LegalActs» LLC).

© LegalActs LLC