О праздновании 12 ноября — Дня Конституции Азербайджанской Республики
«Azərbaycan» qəzetində dərc edilmişdir (02 noyabr 1996-cı il, № 214)
Дата релиза: 01.11.199612 noyabr—Azərbaycan Respublikasının
Konstitusiyası gününün qeyd edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
1995-ci il noyabrın 12-də Ümumxalq səsverməsində müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin Azərbaycanın milli dövlətçiliyi tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq və bu tarixin təntənəli surətdə qeyd olunması zərurətini təsdiqləyərək qərara alıram:
1. Noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi günü təntənəli surətdə qeyd edilsin.
2. Bu məqsədlə:
- şəhərlər, qəsəbələr və kəndlər Azərbaycan Respublikasının Dövlət bayraqları ilə bəzədilsin və bayram tədbirlərinin keçirilməsi təmin edilsin;
- kütləvi informasiya vasitələrində müstəqil Azərbaycanın ilk Konstitusiyasının mahiyyətini işıqlandıran materialların dərc olunması təşkil edilsin;
- elm və təhsil müəssisələrində Konstitusiyanın öyrənilməsi və izahı ilə bağlı elmi-nəzəri konfransların və digər tədbirlərin keçirilməsi tövsiyə olunsun.
3. Bu Fərmanın 2-ci bəndində nəzərdə tutulan tədbirlərin keçirilməsi müvafiq olaraq şəhər, rayon İcra hakimiyyətlərinin başçılarına, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə, Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Elmlər Akademiyasına, Mətbuat və İnformasiya Nazirliyinə, Mədəniyyət Nazirliyinə tapşırılsın.
4. Müəyyən edilsin ki, hər il 12 noyabr—Konstitusiya günü qeyd edilərkən bu Fərmanda göstərilən tədbirlərin keçirilməsi təmin olunur.
5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 1 noyabr 1996-cı il.
№ 505.
«Azərbaycan» qəzetində dərc edilmişdir (02 noyabr 1996-cı il, № 214) («LegalActs» LLC).
© LegalActs LLC