Об увековечении памяти И. М. Эфендиева
«Azərbaycan» qəzetində dərc edilmişdir (10 mart 2001-ci il, № 55). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2001-ci il, № 3, maddə 172)
Дата релиза: 09.03.2001
İ. M. Əfəndiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanın xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
1. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin küçələrindən birinə İlyas Əfəndiyevin adının verilməsini və yaşadığı binaya (Hüsü Hacıyev küçəsi, 19) xatirə lövhəsinin vurulmasını təmin etsin.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün İlyas Əfəndiyev adına xüsusi təqaüd təsis etsin və orta məktəblərdən birinə onun adını versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
- İlyas Əfəndiyevin əsərlərindən ibarət oncildliyin nəşrini təmin etsin;
- İlyas Əfəndiyevin «Hökmdar və qızı» əsəri əsasında iki seriyalı bədii filmin çəkilişini təmin etsin;
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 9 mart 2001-ci il
№ 642
«Azərbaycan» qəzetində dərc edilmişdir (10 mart 2001-ci il, № 55) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2001-ci il, № 3, maddə 172) («LegalActs» LLC).
© LegalActs LLC