Об усилении социальной защиты работников Бакинского метрополитена
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 fevral 2003-cü il, № 38)
Дата релиза: 17.02.2003Bakı Metropoliteni işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Bakı şəhərində sərnişinlərin daşınmasında müstəsna əhəmiyyətini nəzərə alaraq Bakı Metropoliteni işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. 2003-cü il mart ayının 1-dən Bakı Metropoliteni işçilərinin əmək haqları orta hesabla 50 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 17 fevral 2003-cü il.
№ 1144
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 fevral 2003-cü il, № 38) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2003-cü il, № 2, maddə 99) («LegalActs» LLC).
© LegalActs LLC