Akademik Heydər Hüseynovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 193)
Дата релиза: 31.03.1998Akademik Heydər Hüseynovun anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1998-ci il aprelin 3-də görkəmli alim və ictimai xadim, Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından və ilk həqiqi üzvlərindən biri Heydər Nəcəf oğlu Hüseynovun anadan olmasının 90 ili tamam olur.
Müasir dövrdə ilk peşəkar filosofumuz olan Heydər Hüseynov Azərbaycan xalqının ictimai-siyasi fikrinin əsas inkişaf mərhələlərini müəyyən etmiş, mədəni və ədəbi irsimizin fəlsəfi qaynaqlarını araşdırmışdır.
Siyasi repressiyaların yeni mərhələsində Heydər Hüseynov ittihamlara və təzyiqlərə məruz qalaraq tutduğu bütün vəzifələrdən azad edilmiş, hətta Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlüyündən çıxarılmışdır. Onun əleyhinə keçirilən genişmiqyaslı kampaniya zamanı Azərbaycan elminin görkəmli əsərlərindən olan «XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən» kitabına görə Heydər Hüseynova «pantürkist», «panislamist» damğaları vurulmuşdu. Bu təqiblər Heydər Hüseynovun faciəli və müəmmalı ölümünə səbəb olmuşdur.
Akademik Heydər Hüseynovun Azərbaycan elminin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq, anadan olmasının 90 illiyi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Elmlər Akademiyası və Təhsil Nazirliyinə tapşırılsın ki, Heydər Hüseynovun 90 illiyi ilə əlaqədar lazımi tədbirlər hazırlayıb həyata keçirsinlər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 31 mart 1998-ci il
№ 771
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 193) («LegalActs» LLC).
© LegalActs LLC