Nizami Gəncəvinin Sankt-Peterburq şəhərində abidəsinin qoyulması haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 191) «Azərbaycan» qəzetində dərc edilmişdir (31 mart 1998-ci il, № 71).
Дата релиза: 30.03.1998Nizami Gəncəvinin Sankt-Peterburq şəhərində abidəsinin qoyulması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə qərara alıram:
1. Nizami Gəncəvinin Sankt-Peterburq şəhərində abidəsinin qoyulması haqqında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sankt-Peterburq şəhər meriyası ilə razılaşdırılmış təklifi qəbul olunsun.
2. Azərbaycan Respublikası tərəfindən qoyulacaq abidə Sankt-Peterburq şəhərinə hədiyyə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Nizami Gəncəvinin Sankt-Peterburq şəhərində abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 mart 1998-ci il
№ 769
«Azərbaycan» qəzetində dərc edilmişdir (31 mart 1998-ci il, № 71) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 191) («LegalActs» LLC).
© LegalActs LLC