Azərbaycan Respublikasının Dövlət Teleqraf Agentliyi (AzərTAc) işçilərinin əmək haqlarının artırılması haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 188)
Дата релиза: 26.03.1998
Azərbaycan Respublikasının Dövlət Teleqraf Agentliyi (AzərTAc) işçilərinin əmək haqlarının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının Dövlət Teleqraf Agentliyi (AzərTAc) işçilərinin sosial təminatını yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Teleqraf Agentliyi (AzərTAc) işçilərinin aylıq vəzifə maaşları 1998-ci il aprelin 1-dən orta hesabla iki dəfə artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 26 mart 1998-ci il
№ 766
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 188) («LegalActs» LLC).
© LegalActs LLC