Cəmşid Naxçıvanski adına hərbi litseyin 25 illiyinin keçirilməsi haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (14 mart 1998-ci il, № 59) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 183)

Дата релиза: 13.03.1998

Cəmşid Naxçıvanski adına hərbi litseyin 25 illiyinin keçirilməsi haqqında

Cəmşid Naxçıvanski adına hərbi litseyin 25 illiyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25 illik fəaliyyəti dövründə Cəmşid Naxçıvanski adına hərbi litseyin respublikada peşəkar hərbi kadrlar hazırlanması sahəsində böyük xidmətləri olmuşdur.

Məktəbin məzunları Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmiş, Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş, müxtəlif orden və medallarla təltif olunmuşdur.

Cəmşid Naxçıvanski adına hərbi litseyin 25 illiyinin müstəqil Azərbaycan Respublikasında ordu quruculuğu işində və orduda vətənpərvərlik ruhunun yüksəldilməsi sahəsində böyük əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. Cəmşid Naxçıvanski adına hərbi litseyin 25 illiyi respublikada təntənəli surətdə keçirilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəmşid Naxçıvanski adına hərbi litseyin 25 illiyinin respublikada təntənəli qeyd olunması üçün tədbirlər planı hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 13 mart 1998-ci il

№ 761

«Azərbaycan» qəzetində dərc edilmişdir (14 mart 1998-ci il, № 59) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 183) («LegalActs» LLC).

© LegalActs LLC