1998-ci il yanvarın 4-nün — istirahət gününün keçirilməsi haqqında


Дата релиза: 25.12.1997

1998-ci il yanvarın 4-nün — istirahət gününün keçirilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabineti

1998-ci il yanvarın 4-nün — istirahət gününün keçirilməsi haqqında

Qərar № 139

Bakı şəhəri, 25 dekabr 1997-ci il

Azərbaycan Respublikası zəhmətkeşlərinin normal istirahətinin təmin edilməsi və iş vaxtından səmərəli istifadə olunması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1998-ci il yanvarın 4-ü — istirahət günü yanvarın 2-nə — iş gününə keçirilsin və yanvarın 4-ü iş günü elan edilsin.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 1997-ci il, № 6, maddə 548) («LegalActs» LLC).

© LegalActs LLC