«Fransa Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında ərzaq yardımı göstərilməsi haqqında Saziş»i imzalanması səlahiyyətinin verilməsi haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 438)
Дата релиза: 27.11.1997
«Fransa Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında ərzaq yardımı göstərilməsi haqqında Saziş»i imzalanması səlahiyyətinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. «Fransa Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında ərzaq yardımı göstərilməsi haqqında Saziş»i Azərbaycan Respublikası tərəfindən imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Baş nazirinin müavini İzzət Əşrəf oğlu Rüstəmova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin imzalanması səlahiyyətinin Azərbaycan Respublikası Baş nazirinin müavini İzzət Əşrəf oğlu Rüstəmova verilməsi barədə Fransa Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 27 noyabr 1997-ci il
№ 698
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 438) («LegalActs» LLC).
© LegalActs LLC