Azərbaycan Respublikasının ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 423)
Дата релиза: 10.11.1997Azərbaycan Respublikasının ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:
1. Qocaman ədəbiyyat və incəsənət xadimləri üçün ayda bir milyon manat məbləğində ömürlük 30 Fərdi təqaüd təyin olunsun. Fərdi təqaüdçülər Azərbaycan Respublikası Prezidentinin qərarı ilə müəyyən edilir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 10 noyabr 1997-ci il
№ 641.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 423) («LegalActs» LLC).
© LegalActs LLC