Azərbaycan Respublikası vətəndaşlarının 1997-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılması haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1997-ci il, № 3, maddə 239)
Дата релиза: 20.09.1997Azərbaycan Respublikası vətəndaşlarının 1997-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun birləşmələrinin komplektləşdirilməsi üçün qərara alıram:
1. 1979-cu ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1971—1978-ci illərdə doğulmuş, yaşı 26-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun birləşmələrində hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 1997-ci il oktyabrın 1-dən 20-nə qədər həqiqi hərbi xidmətə çağırılsınlar.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrası üçün Qanunda nəzərdə tutulmuş tədbirləri görsün.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 20 sentyabr 1997-ci il
№ 633.
«Azərbaycan» qəzetində dərc edilmişdir (21 sentyabr 1997-ci il, № 205) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1997-ci il, № 3, maddə 239) («LegalActs» LLC).
© LegalActs LLC