О статусе Национальной академии наук Азербайджана
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, № 1, maddə 28) «Azərbaycan» qəzetində dərc edilmişdir (5 yanvar 2003-cü il, № 3)
Дата релиза: 04.01.2003
Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Milli Elmlər Akademiyasının statusunun müəyyən olunması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi- texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elm təşkilatıdır.
2. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akademiyanın ümumi yığıncağında seçilir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
3. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında qəbul olunmuş Nizamnaməsi və strukturu, habelə onlara dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
4. Azərbaycan Milli Elmlər Akademiyasının illik elmi tədqiqat fəaliyyətinin nəticələri haqqında hesabatı hər il aprelin 20-də Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin. Həmin hesabatda Azərbaycanda elmi perspektiv inkişaf istiqamətləri haqqında təkliflər də verilir.
5. Müəyyən edilsin ki, Azərbaycan Milli Elmlər Akademiyasının maliyyələşdirilməsi hər il Azərbaycan Respublikasının dövlət büdcəsində ayrıca sətirlə göstərilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 4 yanvar 2003-cü il
№ 836
«Azərbaycan» qəzetində dərc edilmişdir (5 yanvar 2003-cü il, № 3) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, № 1, maddə 28) («LegalActs» LLC).
21 iyul 2017-ci il tarixli Fərmana əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).
© LegalActs LLC