О Нахчыванском отделении Национальной Академии наук Азербайджана
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 746)
Дата релиза: 27.01.2005Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi haqqında
Qərar № 192
Bakı şəhəri, 10 dekabr 2002-ci il
«Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 7 avqust tarixli, 1003 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi işçilərinin ştat sayı 500 vahid müəyyən edilsin.
2. Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsinə daha əlverişli şəraitin yaradılması və elmi mütəxəssislərin işə cəlb edilməsini stimullaşdırmaq üçün AMEA-nın Naxçıvan bölməsinin institutlarında vəzifə maaşlarına Milli Elmlər Akademiyasının institutlarındakı müvafiq maaşlara nisbətən 2 dəfə artım əmsalı tətbiq edilsin.
3. Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan bölməsi sədrinin aylıq
vəzifə maaşı 1500.0 min manat, sədrin müavini –
akademik katibin aylıq vəzifə maaşı 1200.0 min
manat, bölmə aparatının digər işçilərinin aylıq
vəzifə maaşları isə «Azərbaycan Respublikasının
icra və məhkəmə hakimiyyəti orqanları
işçilərinin əmək haqlarının artırılması
haqqında» Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 29 yanvar tarixli, 28 nömrəli
qərarının 1 nömrəli əlavəsinin 1-ci hissəsinə və 5
nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın Naxçıvan bölməsinin fəaliyyətinin təşkili üçün lazımi tədbirlər görsünlər və bu qərardan irəli gələn digər məsələləri həll etsinlər.
5. Bu qərar 2003-cü il yanvar ayının 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 746) («LegalActs» LLC).
27 yanvar 2005-ci il tarixli, 8 nömrəli Qərara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC