Qurban, Novruz və Ramazan bayramları haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 686)

Дата релиза: 22.11.2002

Qurban, Novruz və Ramazan bayramları haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Qurban, Novruz və Ramazan bayramları haqqında

Qərar № 184

Bakı şəhəri, 22 noyabr 2002-ci il

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə 2003-cü ildə Qurban bayramı — 11 fevral, Novruz bayramı — 20—21 mart, Ramazan bayramı isə 25 noyabr tarixlərinə düşür.

Qanunvericiliyə uyğun olaraq həmin günlər iş günü sayılmır.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 686) («LegalActs» LLC).

© LegalActs LLC