Об учреждении для олимпийских чемпионов Азербайджана специальных олимпийских стипендий Президента Азербайджанской Республики
«Azərbaycan» qəzetində dərc edilmişdir (11 oktyabr 2002-ci il, № 235) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 594)
Дата релиза: 15.05.2006Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısının artırılması məqsədi ilə qərara alıram:
1. Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası prezidentinin hərəsi ayda beş yüz manat məbləğində xüsusi olimpiya təqaüdləri təsis edilsin. Xüsusi olimpiya təqaüdü Azərbaycan Respublikası prezidentinin qərarı ilə müəyyən olunur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 10 oktyabr 2002-ci il
№ 798
«Azərbaycan» qəzetində dərc edilmişdir (11 oktyabr 2002-ci il, № 235) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 594) («LegalActs» LLC).
15 may 2006-cı il tarixli, 405 nömrəli Fərmana əsasən dəyişikliklə («LegalActs» LLC).
© LegalActs LLC