О применении Закона Азербайджанской Республики «О телерадиовещании»


Дата релиза: 01.05.2020

«Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Milli Televiziya və Radio Şurası yaradılsın.

2. Müəyyən edilsin ki, Milli Televiziya və Radio Şurasının əsas vəzifəsi televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir.

3. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı bir ay müddətində Milli Televiziya və Radio Şurası haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

4. «Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması haqqında» Azərbaycan Respublikası prezidentinin 2001-ci il 20 iyul tarixli 543 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
    • «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
    • öz səlahiyyətləri daxilində «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

6. Müəyyən edilsin ki:

    • «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 7.0.4-cü və 19.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti həyata keçirir;
    • həmin Qanunun 16.7-ci maddəsinin ikinci cümləsində və 19.5-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
    • həmin Qanunun 11.2-ci, 11.3-cü, 11.4-cü, 11.5-ci, 11.6-cı, 13.1-ci, 13.3-cü, 13.5-ci, 16.11-ci, 19.2-ci, 21.2-ci, 21.3-cü, 22.4-cü, 23.1-ci — 23.4-cü, 29.2-ci, 30.2-ci, 30.3-cü, 33.1-ci, 34.3-cü, 40.2.7-ci maddələrində nəzərdə tutulmuş «dövlət orqanı»nın səlahiyyətlərini Milli Televiziya və Radio Şurası həyata keçirir;
    • həmin Qanunun 16.1-ci, 16.3-cü, 16.4-cü və 16.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası həyata keçirir;
    • həmin Qanunun 14.4-cü, 16.6-cı, 16.7-ci (birinci cümlədə), 16.8-ci, 16.11-ci, 20.3-cü, 26.1.3-cü, 30.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;
    • həmin Qanunun 18.4.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir;
    • həmin Qanunun 35.11-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
    • həmin Qanunun 40.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi həyata keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 5 oktyabr 2002-ci il

№ 794

«Azərbaycan» qəzetində dərc edilmişdir (10 oktyabr 2002-ci il, № 234) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 590) («LegalActs» LLC).

7 fevral 2005-ci il tarixli, 193 nömrəli; 29 noyabr 2006-cı il tarixli, 485 nömrəli; 12 sentyabr 2008-ci il tarixli, 826 nömrəli; 14 may 2014-cü il tarixli, 164 nömrəli; 2 sentyabr 2014-cü il tarixli, 247 nömrəli; 16 sentyabr 2015-ci il tarixli; 16 avqust 2016-cı il tarixli; 7 avqust 2017-ci il tarixli, 1574 nömrəli; 10 dekabr 2018-ci il tarixli, 385 nömrəli; 1 may 2020-ci il tarixli, __ nömrəli Fərmanlara əsasən əlavələr və dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC