Об утверждении «Протокола о продлении срока действия Соглашения между правительством Азербайджанской Республики и Международным Комитетом Красного Креста от 1 июня 2000 года»
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 avqust 2002-ci il, № 196)
Дата релиза: 24.08.2002«Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 1 iyun 2000-ci il tarixli Sazişin qüvvədə olma müddətinin uzadılması haqqında Protokol»un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2002-ci il 18 iyul tarixində Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 1 iyun 2000-ci il tarixli Sazişin qüvvədə olma müddətinin uzadılması haqqında Protokol» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun təsdiq edilməsi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinə bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 24 avqust 2002-ci il.
№ 1024.
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 avqust 2002-ci il, № 196) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 523) («LegalActs» LLC).
Azərbaycan Respublikası Hökuməti və
Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 1 iyun 2000-ci il tarixli Sazişin qüvvədə
olma müddətinin uzadılması haqqında
Protokol
Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi (bundan sonra BQXK)
BQXK nümayəndələri tərəfindən öz mandatları çərçivəsində səlahiyyətlərin həyata keçirilməsinin davam etdirilməsini arzulayaraq,
Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 1 iyun 2000-ci il tarixli Sazişin qüvvəsinin 16 iyun 2000-ci il tarixdə bitməsini nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 1 iyun 2000-ci il tarixli Saziş bir il müddətinə uzadılır. Əgər bu müddətin başa çatmasından bir ay əvvəl Tərəflərdən biri onun qüvvəsinin ləğv olunması barədə digər Tərəfi yazılı xəbərdar etməzsə, o növbəti il ərzində öz qüvvəsini saxlayır.
2. Bu Protokol sazişin tərkib hissəsidir. İki nüsxədə hər biri azərbaycan, ingilis və rus dillərində imzalanır və bütün mətnlər eyni qüvvəyə malikdir.
3. Hazırki Protokol onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Azərbaycan Respublikasının bildirişi tarixindən qüvvəyə minir.
Bakı şəhərində, 18 iyul 2002-ci il tarixdə imzalanmışdır.
Azərbaycan Respublikası Hökuməti adından |
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) adından |
© LegalActs LLC