О призыве граждан Азербайджанской Республики с 1 по 20 октября 2002 года на действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы


«Azərbaycan» qəzetində dərc edilmişdir (15 sentyabr 2002-ci il, № 213) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2002-ci il, № 9, maddə 559)

Дата релиза: 14.09.2002

Azərbaycan Respublikası vətəndaşlarının 2002-ci ilin oktyabr ayının 1-dən 20-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

Azərbaycan Respublikası vətəndaşlarının 2002-ci ilin oktyabr ayının 1-dən 20-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün qərara alıram:

1. 1984-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1967-1983-cü illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2002-ci il oktyabrın 1-dən 20-dək həqiqi hərbi xidmətə çağırılsınlar.

2. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2002-ci il oktyabrın 1-dən 20-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları bu fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsünlər.

4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 14 sentyabr 2002-ci il

№ 786

«Azərbaycan» qəzetində dərc edilmişdir (15 sentyabr 2002-ci il, № 213) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2002-ci il, № 9, maddə 559) («LegalActs» LLC).

© LegalActs LLC