V.Ə.Mustafazadənin xatirə muzeyinin Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyinin filialına çevrilməsi haqqında
Дата релиза: 14.06.1994
Azərbaycan Respublikası Nazirlər Kabineti
V.Ə.Mustafazadənin xatirə muzeyinin Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyinin filialına çevrilməsi haqqında
Qərar № 230
Bakı şəhəri, 14 iyun 1994-cü il
Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
Görkəmli pianoçu və bəstəkar, milli zəmində caz musiqisinin istedadlı və tanınmış yaradıcılarından biri, Dövlət Mükafatı laureatı Vaqif Əziz oğlu Mustafazadənin Bakı şəhərində ictimai əsaslarla fəaliyyət göstərən xatirə muzeyinin Azərbaycan Dövlət Musiqi Mədəniyyəti muzeyinin filialına çevrilməsi barədə Respublika Mədəniyyət Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
Mədəniyyət Nazirliyi həmin muzeyin ştatlarını müəyyən olunmuş qaydada təsdiq etsin.
Baş nazir
S. HÜSEYNOV
© LegalActs LLC