Об утверждении «Соглашения о сотрудничестве между Министерством юстиции Азербайджанской Республики и Министерством юстиции Украины»


«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il tarixli № 195) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 522)

Дата релиза: 24.08.2002

«Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Ukrayna Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə

«Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Ukrayna Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş»in təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 2002-ci il iyulun 15-də Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Ukrayna Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş» təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etmək üçün lazımi tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Ukraynanın Hökumətini xəbərdar etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 24 avqust 2002-ci il.

№ 1023.

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il tarixli № 195)

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 522) («LegalActs» LLC)


Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Ukrayna Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında
Saziş

Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Ukrayna Ədliyyə Nazirliyi,

Azərbaycan Respublikası və Ukrayna arasında hüquqi əməkdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə səy göstərərək,

hər iki Tərəfin ədliyyə sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsində marağını nəzərə alaraq,

iki Tərəf arasındakı tərəfdaşlıq əlaqələrini gücləndirməyə və dərinləşdirməyə səy göstərərək,

iki dövlət arasında elmi, texniki və mədəni əməkdaşlığın müsbət təcrübəsini, həmçinin onlar arasında baş verən inteqrasiya proseslərini nəzərə alaraq,

Azərbaycan və Ukrayna hüquqşünasları arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin gələcəkdə möhkəmləndirilməsi məqsədi ilə,

aşağıdakılar barədə razılığa gəlmişlər:

Maddə 1

Tərəflər özlərinin konkret imkanlarını nəzərə alaraq ədliyyə və hüquq sahəsində əməkdaşlığı aşağıdakı şəkildə genişləndirəcəklər:

1) hər iki dövlətin ədliyyə idarələri arasında tərəfdaşlıq əlaqələrinin yaradılması;

2) qanun layihələrinin işlənilib hazırlanmasında və onların qiymətləndirilməsində qarşılıqlı yardım;

3) iki dövlətin ədliyyə idarələrinin təşkili və fəaliyyəti ilə tanışlıq üçün Tərəflərin nümayəndə heyətinin mübadiləsi;

4) ədliyyə işçiləri və mütəxəssislərin peşəkarlıq səviyyəsinin və hazırlığının gələcəkdə daha da yüksəldilməsi üzrə qarşılıqlı əsasda seminar, mühazirə, təcrübi məşğələ və digər bu kimi tədbirlərin təşkili və həyata keçirilməsi;

5) ədliyyə idarələrinin və onlarla bağlı sahələrin informatizasiyası üzrə təcrübə mübadiləsi;

6) mütəmadi olaraq cari qanunvericilik, hüquq ədəbiyyatı və hüquq məsələlərinə dair nəşrlərin, həmçinin hüquq sahəsinə aid məlumatların mübadiləsi.

Maddə 2

Tərəflər həmçinin ədliyyə sahəsində əməkdaşlığın inkişafına kömək edən digər sazişlər də bağlaya bilərlər.

Maddə 3

Tərəflər əməkdaşlığın həcmini, tədbirlərin həyata keçirilməsinin maliyyə və təşkilati məsələlərini hər il müəyyənləşdirəcəklər.

Maddə 4

məkdaşlıq həyata keçirilərkən rus və ingilis dillərindən istifadə ediləcəkdir.

Maddə 5

Tərəflər bu Saziş çərçivəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsində, onların təşkili və nümayəndə heyətlərinin dövlət ərazisində qalma xərclərini qəbul edən Tərəfin, hər iki başa nəqliyyat xərclərini isə göndərən Tərəfin ödəməsi prinsipinə əsaslanacaqlar.

Maddə 6

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları Tərəflərin yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş üç il müddətinə bağlanılır və əgər Tərəflərdən biri başqa qərar qəbul etməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti üçillik dövrlərə uzadılır.

Hər bir Tərəf digər Tərəfə diplomatik kanallarla yazılı bildiriş göndərmək yolu ilə Sazişi denonsasiya edə bilər. Saziş sonuncu Tərəf belə bildirişi aldığı gündən üç ay keçdikdən sonra öz qüvvəsini itirir.

Bakı şəhərində, 2002-ci il iyulun 15-də, hər biri Azərbaycan, Ukrayna və rus dillərində iki nüsxədə imzalanmışdır. Bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı halda, Tərəflər rus dilində olan mətnə müraciət edəcəklər.

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi adından

(imza)

Ukrayna
Ədliyyə Nazirliyi adından

(imza)


© LegalActs LLC