Об утверждении подписанного 4 февраля 2002 года в городе Гааге «Меморандума взаимопонимания о сотрудничестве между Министерством юстиции Азербайджанской Республики и Министерством юстиции Нидерландов»


«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il, № 195)

Дата релиза: 24.08.2002

2002-ci il fevralın 4-də Haaqa şəhərində imzalanmış «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Niderland Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə

2002-ci il fevralın 4-də Haaqa şəhərində imzalanmış «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Niderland Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 2002-ci il fevralın 4-də Haaqa şəhərində imzalanmış «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Niderland Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu» təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Anlaşma Memorandumunun həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 24 avqust 2002-ci il.

№ 1018.

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il, № 195) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 517) («LegalActs» LLC).


 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Niderland Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında

Anlaşma Memorandumu

Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Niderland Ədliyyə Nazirliyi,

Azərbaycan Respublikası və Niderland arasında hüquqi əməkdaşlığın bərqərar olunmasına və inkişafına mühüm əhəmiyyət verərək,

hüquq və ədliyyə sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsində hər iki dövlətin marağını qeyd edərək,

aşağıdakılar barədə anlaşma əldə etdilər:

Maddə 1

Tərəflər əməkdaşlığı həyata keçirərkən aşağıdakı istiqamətlərə üstünlük verəcəklər:

1. hər iki dövlətin ədliyyə idarə və müəssisələrinin təşkili və fəaliyyəti ilə tanışlıq və bu məqsədlə Tərəflərin nümayəndə heyətlərinin mübadiləsi;

2. hüquq ədəbiyyatının və hüquq məsələlərinə dair nəşrlərin, həmçinin hüquq sahəsinə aid olan məlumatların qarşılıqlı mübadiləsi;

3. qüvvədə olan qanunvericilik haqqında məlumat mübadiləsi;

4. hakimlərin, penitensiar sistemin əməkdaşlarının və digər ədliyyə işçilərinin peşəkarlıq səviyyəsinin və hazırlığının daha da yaxşılaşdırılması üçün qarşılıqlı surətdə seminar, mühazirə, təcrübi məşğələ və digər bu kimi tədbirlərin təşkili və keçirilməsi;

5. Tərəflərin təhsil və ekspertiza müəssisələri arasında əməkdaşlığının təşviq edilməsi;

6. səlahiyyətləri çərçivəsində hər iki dövlətin ərazisində olan öz vətəndaşları ilə bağlı məsələlərə baxılması.

Maddə 2

Tərəflər həmçinin ədliyyə sahəsində əməkdaşlığın inkişafına kömək edən digər sazişlər də bağlaya bilərlər.

Tərəflər əvvəlki maddədə göstərilməyən əməkdaşlıq haqqında hər hansı digər təklifə baxmaq və mümkün olduqda, icra etmək niyyətini bəyan edirlər.

Maddə 3

Tərəflər bütün məsələləri, o cümlədən əməkdaşlığın həcmini, həmçinin həyata keçirilən hər bir tədbirin maliyyə və təşkilati məsələlərini müəyyənləşdirəcəklər.

Maddə 4

Bu Memorandum qeyri-müəyyən müddətə bağlanır və bir Tərəfin digər Tərəfə yazılı bildirişindən üç ay sonra ləğv edilir.

Haaqa şəhərində 2002-ci il fevralın 4-də iki nüsxədə imzalanmışdır.

A. H. KORTALS

F.F. MƏMMƏDOV

Niderlandın
ədliyyə naziri

Azərbaycan Respublikasının
ədliyyə naziri

© LegalActs LLC