О применении Закона Азербайджанской Республики «О йодировании соли с целью массовой профилактики йододефицитных заболеваний»
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 avqust 2002-ci il, № 196) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 477)
Дата релиза: 24.08.2002«Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 2 ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının «Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktların həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- «Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyat növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- həmin Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş duzun tərkibində yodun miqdarını müəyyən etsin;
- həmin Qanunun 7.4-cü maddəsində nəzərdə tutulmuş yararlıq müddəti qurtarmış yodlaşdırılmış duzun istifadəsi, təkrar emalı və yenidən yodlaşdırılmasının qaydalarını təsdiq etsin;
- öz səlahiyyətləri daxilində «Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
- «Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci və 7.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
- həmin Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 24 avqust 2002-ci il.
№ 757.
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 avqust 2002-ci il, № 196) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 477) («LegalActs» LLC).
© LegalActs LLC