О создании комиссии по расследованию причин аварии, произошедшей в энергосистеме республики, и ликвидации ее последствий


«Azərbaycan» qəzetində dərc edilmişdir ( 16 iyul 2002-ci il, № 159) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 427).

Дата релиза: 14.07.2002

Respublika enerji sistemində baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması üzrə Komissiyanın yaradılması haqqında

Respublika enerji sistemində baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması üzrə Komissiyanın yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2002-ci il iyul ayının 13-də saat 23.04-də Ağsu rayonunun ərazisindən keçən yüksək gərginlikli elektrik xətlərində qəza baş vermişdir.

Bunun nəticəsində enerji sisteminin tarazlığı pozulmuş, elektrik stansiyalarının enerji blokları açılmış və təxminən 2 saat müddətində respublikanın əksər ərazisində enerji təchizatı olmamışdır.

Görülən təxirəsalınmaz tədbirlər nəticəsində ilk növbədə həyat əhəmiyyətli obyektlərdə elektrik enerjisinin verilişi bərpa edilmiş, enerji sisteminin fəaliyyətinin tam bərpası üçün konkret tədbirlər həyata keçirilir.

Baş vermiş qəzanın səbəblərini araşdırmaq və onun nəticələrini aradan qaldırmaq məqsədi ilə qərara alıram:

1. Aşağıdakı tərkibdə Komissiya yaradılsın:

Komissiyanın sədri:
A. Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini, Fövqəladə Hallar Üzrə Dövlət Komissiyasının sədri
Komissiyanın üzvləri:
M. Kərimov Azərbaycan Respublikasının yanacaq və energetika naziri
F. Əliyev Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Y. Hümbətov Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri
O. Zalov Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
T. Babayev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini
Y. Şelaginov Dövlət Tikinti və Arxitektura Komitəsi sədrinin birinci müavini
T. Əliyev Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi sədrinin müavini
E. Piriverdiyev «Azərenerji» Səhmdar Cəmiyyətinin prezidenti
S. İsmayılov Azərbaycan Respublikası Nazirlər Kabineti Maşınqayırma və energetika şöbəsinin müdiri

2. Komissiyaya tapşırılsın ki, baş vermiş qəzanın nəticələrinin təcili surətdə aradan qaldırılmasını təmin etsin, Azərbaycan Respublikasının bütün ərazisində normal elektrik enerjisi təchizatını həyata keçirsin, qəzanın səbəblərini müəyyən etsin və görülən işlər barədə 15 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 14 iyul 2002-ci il.

№ 988.

«Azərbaycan» qəzetində dərc edilmişdir ( 16 iyul 2002-ci il, № 159) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 427) («LegalActs» LLC).

© LegalActs LLC