О внесении дополнения в «Положение о Государственном фонде по охране окружающей среды», утвержденное постановлением Кабинета министров Азербайджанской Республики от 22 февраля 2001 года № 41
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 451).
Дата релиза: 18.07.2002Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş «Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə»yə əlavə edilməsi barədə
Qərar № 113
Bakı şəhəri, 18 iyul 2002-ci il
«Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 may tarixli 932 nömrəli sərəncamının 1-ci bəndinin üçüncü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş «Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə»nin 6-cı bəndində «ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə» sözlərindən sonra «habelə dövlət kadastrının aparılmasına» sözləri əlavə edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 451) («LegalActs» LLC).
© LegalActs LLC