О повышении заработной платы работников Национальной академии наук Азербайджана
«Azərbaycan» qəzetində dərc edilmişdir ( 02 iyul 2002-ci il, № 147)
Дата релиза: 16.03.2005Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Milli Elmlər Akademiyası sistemində çalışan işçilərə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.
2. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2 milyon 500 min manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1 milyon 700 min manat məbləğində müəyyən edilsin.
3. Azərbaycan Milli Elmlər Akademiyasının elmi
bölmələrinin akademik katiblərinin və Rəyasət Heyəti üzvlərinin aylıq vəzifə
maaşları 1 milyon 200 min manat məbləğində müəyyən edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Bu Sərəncam 2002-ci il iyul ayının 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 1 iyul 2002-ci il
№ 967
«Azərbaycan» qəzetində dərc edilmişdir ( 02 iyul 2002-ci il, № 147) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (2002-ci il, № 7, maddə 414) («LegalActs» LLC).
13 oktyabr 2004-cü il tarixli, 453 nömrəli; 16 mart 2005-ci il tarixli, 686 nömrəli sərəncamlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC