О внесении дополнений в Положение о Государственном Таможенном комитете Азербайджанской Республики


«Azərbaycan» qəzetində dərc edilmişdir (31 may 2002-ci il, № 122) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 5, maddə 270)

Дата релиза: 27.05.2002

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməyə əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməyə əlavələr edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməyə aşağıdakı əlavələr edilsin:

    • Əsasnaməyə aşağıdakı məzmunda 5.17-1-ci bənd əlavə edilsin:

«Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və onların qorunması üzrə dövlət siyasətinin hazırlanıb həyata keçirilməsində iştirak edir, öz səlahiyyətləri daxilində bioloji sərvətlərin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi zamanı mövcud qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti təmin edir»;

    • 5.18-ci bənddə «hava» sözündən sonra «və dəniz» sözləri əlavə edilsin.

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 27 may 2002-ci il.

№ 703.

«Azərbaycan» qəzetində dərc edilmişdir (31 may 2002-ci il, № 122) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 270) («LegalActs» LLC).

© LegalActs LLC