Об утверждении «Письма-Соглашения по швейцарскому гранту для подготовки документа по стратегии снижения бедности между Азербайджанской Республикой и Международной ассоциацией развития»


«Azərbaycan» qəzetində dərc edilmişdir (01 iyun 2002-ci il, № 123). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 5, maddə 310)

Дата релиза: 30.05.2002

«Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Yoxsulluğun Azaldılması Strategiyası üzrə Sənədin hazırlanması üçün İsveçrə qrantı üzrə məktub-Saziş»in təsdiq edilməsi barədə

«Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Yoxsulluğun Azaldılması Strategiyası üzrə Sənədin hazırlanması üçün İsveçrə qrantı üzrə məktub-Saziş»in təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 2002-ci il aprelin 29-da Bakı şəhərində imzalanmış «Azərbaycan Respubliksı ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Yoxsulluğun Azaldılması Strategiyası üzrə Sənədin hazırlanması üçün İsveçrə qrantı üzrə Məktub-Saziş» təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Məktub-Sazişin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Məktub-Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Beynəlxalq İnkişaf Assosiasiyasını xəbərdar etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 30 may 2002-ci il

№ 933

«Azərbaycan» qəzetində dərc edilmişdir (02 iyun 2002-ci il, № 124) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 310) («LegalActs» LLC).


11 fevral, 2002-ci il

Maliyyə naziri

Cənab Əvəz Ələkbərova

Maliyyə Nazirliyi

Azərbaycan Respublikası

Bakı şəhəri

Mövzu: Yoxsulluğun Azaldılması üzrə Strategiya Sənədinin Hazırlanması üçün İsveçrə Qrantı № TF 050254

Hörmətli cənab Ələkbərov!

Mən, İsveçrə Hökuməti tərəfindən təqdim edilmiş qrant vəsaitlərinin inzibati idarəçisi olan Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) adından Sizə yazaraq, Azərbaycan Respublikasına (Resipient) iki yüz səkkiz min Amerika Birləşmiş Ştatları dollarından (US$ 208.000) çox olmayan məbləğdə Qrantın (Qrant) ayrılması üzrə BİA-nın razılığını bildirirəm.

Qrant Resipientin maliyyə yardımı üzrə müraciəti əsasında və bu Saziş Məktubunun Əlavəsində göstərilən məqsədə, müddətə və şərtlərə uyğun olaraq ayrılır. Resipient sazişə razılığını təsdiq etməklə, özünün aşağıda verilmiş məqsədlər üçün və göstərilmiş müddətə və şərtlərə əsasən Qrant üzrə müqavilə bağlamaq və onun vəsaitlərindən istifadə etmək səlahiyyətinə malik olduğunu təqdim edir.

Resipient adından yuxarıda göstərilənlərlə razı olduğunuzu bu Saziş Məktubunun əlavə olunmuş nüsxəsini tarix qoyaraq imzanızla təsdiq edib qaytarmağınızı Sizdən xahiş edirik. Sizin tərəfdən qarşılıqlı imzalanmış bu Saziş Məktubunun nüsxəsi BİA tərəfindən alındığı zaman bu Saziş Məktubu qarşılıqlı imzalanma tarixindən etibarən qüvvəyə minmiş hesab olunacaqdır.

Dərin hörmətlə,

Beynəlxalq İnkişaf Assosiasiyası

Cudi O’Konor

Ölkə üzrə Direktor

Cənubi Qafqaz Ölkələri üzrə Bölmə

Avropa və Mərkəzi Asiya Regionu


Razılaşdırılmışdır:

Azərbaycan Respublikası

Səlahiyyətli nümayəndə tərəfindən

Adı______________________________

Vəzifəsi__________________________

Tarix_____________________________


Əlavə

Qrantın Məqsədi, Müddəti və Şərtləri

1. Məqsəd və Fəaliyyətlər

1.1. Qrantın məqsədi Resipientin Hökumətinə onun Yoxsulluğun Azaldılması üzrə Strategiya Sənədinin (YASS) (Layihə) hazırlanmasına kömək etməkdir. Qrantın yönəldiyi fəaliyyətlər (Fəaliyyətlər) aşağıdakılardan ibarətdir:

(a) YASS-ın işlənib hazırlanmasına texniki yardımın göstərilməsi, o cümlədən:

(i) yoxsulluğun aradan qaldırılmasının ümumi məqsədləri və siyasəti: və

(ii) maliyyə sektoru, yoxsulluğun monitorinq göstəriciləri, məcburi köçkünlərin (MK) sosial müdafiəsi, məskunlaşması, bələdiyyənin inkişafı;

(b)

(i) vətəndaş cəmiyyətinin nümayəndələrinin mərkəzləşdirilməsi və iştirakı ilə keçirilən seminarların, konfransların və təlim kurslarının təşkili və

(ii) müvafiq ədəbiyyatların, tərcümə materiallarının, beynəlxalq hesabatların və digər lazımi məlumatların verilməsi vasitəsi ilə müvafiq hökumət və qeyri-hökumət təşkilatlarının fəaliyyətini gücləndirərək, YASS-ın formalaşması və icrası üçün milli potensialın yaradılmasına texniki yardım göstərmək;

(s)

(i) vətəndaşlar cəmiyyətinin, hökumət və qeyri hökumət qurumlarının nümayəndələrinin iştirakı ilə prioritet sosial məsələlər üzrə məsləhətləşmələrin keçirilməsi;

(ii) Resipientin Hökuməti və bütün YASS-ın iştirakçılarının, o cümlədən qeyri-hökumət təşkilatlarının (QHT), alimlərin, tədqiqatçıların və özəl sektorun nümayəndələri arasında dialoqun aparılması; və

(iii) xüsusi bülletenlərin, televiziya və radio verilişlərinin, internet və digər kütləvi məlumat vasitələrinin YASS-ın əsas prinsip, istiqamət, prioritet və digər zəruri məsələlərinin işıqlandırılmasında iştirakı vasitəsilə ictimaiyyəti məlumatlandırma kampaniyası keçirməklə və Resipientin Hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri arasında konstruktiv dialoq yaratmaqla, YASS-ın hazırlanması prosesinin təşkilinə texniki yardım göstərmək.

(d) Qrant vəsaitlərinin istifadəsininn auditinin maliyyələşdirilməsi.

2. Ümumi icra

Resipient:

(a) Fəaliyyətləri kifayət qədər dolğun və səmərəli həyata keçirməli;

(b) bu məqsəd üçün tələb olunan vəsaitləri, vasitələri, xidmətləri və digər resursları vaxtında və ləngimədən təmin etməli;

(c) müəyyən səbəbdən BİA təqdim edilməsi üçün müraciət etdikdə Fəaliyyətləri və Qrantın vəsaitlərindən istifadə olunmasını əhatə edən bütün məlumatları təmin etməli;

(d) vaxtaşırı BİA-nın nümayəndələri ilə Fəaliyyətlərin gedişatı və nəticələrinə dair fikir mübadiləsi aparmalı; və

(e) Qrantla bağlı məqsədlər üçün BİA-ya Resipientin ərazisinə səfər etmək üçün tələb olunan bütün zəruri tədbirləri görməli. Yuxarıda göstərilənləri məhdudlaşdırmamaqla, BİA bunun üçün müraciət edərsə, Resipient Fəaliyyətlər başa çatdıqdan dərhal sonra Fəaliyyətlərin nəticələrinə dair BİA üçün qənaətbəxş formada hesabat hazırlamalı və təqdim etməlidir.

3. Satınalma

3.1. BİA-nın başqa şəkildə razılaşacağı hal istisna olmaqla, Fəaliyyətləri həyata keçirmək üçün tələb olunan və Qrantın vəsaitlərindən maliyyələşdirilməli olan məsləhətçi xidmətlərin satın alinması bu Əlavənin I Qoşmasının müddəaları vasitəsilə tənzimlənir.

4. Qrant Vəsaitlərinin Alınması

4.1. Qrantın məbləği BİA tərəfindən onun kitablarında Resipientin adına açılmış hesaba (Qrant Hesabı) kreditləşdirilməli və oradan Resipient tərəfindən 4-cü bölmənin müddəalarına müvafiq olaraq fəaliyyətlər üçün tələb olunan və Qrantın vəsaitlərindən maliyyələşdirilməli olan xidmət və malların münasib dəyəri ilə bağlı xərclər üçün oradan götürülə bilər.

4.2. Aşağıdakı maddələr üzrə xərclər Qrant vəsaiti ilə maliyyələşdirilə bilər və yalnız Fəaliyyətlərin həyata keçirilməsində istifadə olunmalıdır:

Maddə

Ayrılmış Qrantın Məbləği
(ABŞ dolları)

Maliyyələşdirilməli olan Xərclərin %-i

(1)

Məsləhətçi xidmətləri, o cümlədən audit

190.600

100%

(2)

Məşğələlər/seminarlar

17.400

100%

CƏMİ:

208.000

Bu bəndin məqsədləri üçün «məşğələlər/seminarlar» dedikdə, məşğələ və təlim keçirilməsi üçün, o cümlədən yerli kurs keçirənlər və təlimatçıların səfərləri, gündəlik xərclər, avadanlıq və vasitələrin icarəsi, məşğələlər və seminarlar üçün materialların xərcləri, sənəd tərcümələrinin və nəşrlərin dərc edilmə xərcləri də daxil olmaqla xərclər başa düşülür.

4.3. Yuxarıdakı 4.2. bəndinin müddəalarına baxmayaraq:

(a) Qrant Hesabından heç bir ödəniş edilə bilməz:

(i) bu Saziş Məktubunun BİA tərəfindən imzalanma tarixinə qədər xərclər üzrə ödənişlər üçün;

(ii) Resipient tərəfindən və ya onun ərazisində tutulan hər hansı vergilər üçün ödənişlər hesabına;

(iii) BİA-nın üzvü olmayan hər hansı ölkənin ərazilərində baş verən xərclərin hesabına və ya belə ərazilərdə göstərilən xidmətlər üçün: və ya

(iv) fiziki və ya hüquqi şəxslərə hər hansı ödəniş məqsədilə və ya belə ödəniş, BİA-nın məlumatına əsasən, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII Fəslinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qərarla qadağan olunmuşdursa, heç bir vəsait alına bilməz:

(b) Qrant Hesabından 31 avqust, 2002-ci ildən və ya BİA-nın Resipientə bildirməklə təyin edəcəyi belə daha gec tarixdən (Başa Çatma Tarixi) sonra heç bir vəsait alına bilməz. Lakin, Başa Çatma Tarixindən sonra Başa Çatma Tarixinə qədər çəkilmiş xərclər üçün, əgər müvafiq vəsaitlərin alınması ərizəsi BİA tərəfindən Başa Çatma Tarixindən sonra dörd ay ərzində alınarsa, vəsaitlər alına bilər ki, bu tarixdən sonra Qrantın Qrant Hesabından alınmamış hər hansı qalan məbləği ləğv olunacaqdır; və

(c) Əgər, BİA-nın fikrincə, 4.2 bəndindəki cədvəldə göstərilən maddələrin hər hansı biri üçün ayrılmış Qrant məbləği belə maddə üzrə xərclərin maliyyələşdirilməsi üçün kifayət etməzsə, BİA, Resipientə yazılı surətdə bildirməklə, BİA-nın fikrincə, digər xərclərin ödənilməsi üçün zəruri olmayacaq Qrantın o zaman ayrı maddəsi üçün ayrılmış məbləğini belə maddəyə yenidən bölüşdürə bilər.

4.4. Resipient Qrant Hesabından hər hansı məbləği almaq istədikdə, o, BİA-ya BİA-nın tərtib etdiyi formada belə məbləğin ayrılması üçün yazılı ərizəni təqdim etməlidir. Vəsaitlərin alınması üçün Ərizə belə olmalıdır:

(a) Resipient adından maliyyə naziri və ya onun yazılı formada səlahiyyətləndirdiyi digər şəxs tərəfindən imzalanmalı; və

(b) BİA tələb etdikdə bunu təsdiq edən sənəd ilə müşayiət etməlidir.

Vəsaitlərin alınması üzrə ərizələri imzalamaq səlahiyyətinə malik şəxsin orijinal imza nümunələri onun imzası olan ilk ərizə ilə təqdim olunmalıdır. Qrantın məbləği üçün vəsaitlərin alınması üzrə hər hansı ərizə və onu müşaiyət edən təsdiqləyici sənədlər Resipientin bu məbləği Qrant Hesabından almaq hüququna malik olması və bu məbləğin Fəaliyyətlərin həyata keçirilməsində istifadə olunacağı forma və məzmun etibarilə BİA-nı qane etmək üçün kifayət edəcəkdir. BİA Qrant Hesabından Resipient tərəfindən alınmış vəsaitləri yalnız Resipientə və ya onun göstərişi əsasında ödəməlidir.

4.5. BİA Qrant Hesabından vəsaitlərin (a) hər biri US$ 50.000 ABŞ dolları ekvivalentindən az başa gələn fərdi məsləhətçilərin xidmətləri; (b) məşğələlər/seminarlar üçün xərc arayışları əsasında və bunların hamısının BİA-nın Resipientə yazılı şəkildə bildirməli olduğu müddət və şərtlər əsasında alınmasını tələb edə bilər.

4.6. Qrantın vəsaitlərinin alınması Qrantın valyutasında həyata keçirilir. BİA, Resipientin müraciəti əsasında və Resipientin agenti kimi çıxış edərək, Qrantın vəsaitlərindən maliyyələşdirilməli olan xərclərin ödənilməsi üçün, tələb olunarsa, belə valyutanı Qrant Hesabından alınmış Qrant valyutası ilə alacaqdır. Bir valyutanın dəyərinin digərində ifadə olunması zəruri olduqda, bu Saziş Məktubunun məqsədləri üçün, bu dəyər BİA tərəfindən məqsədə müvafiq olaraq müəyyənləşdirilir.

4.7. Fəaliyyətlərin həyata keçirilməsini yüngülləşdirmək üçün Resipient Bankda qarşılıqlı tələb, müsadirə və ya həbsin qoyulmasına qarşı müvafiq mühafizə də daxil olmaqla BİA üçün qənaətbəxş olan müddət və şərtlərlə Amerika Birləşmiş Ştatları dollarında xüsusi depozit hesabını (Xüsusi Hesab) aça və saxlaya bilər. Xüsusi Hesaba depozitlər və ondan ödənişlər bu Əlavənin II Qoşmasının müddəalarına müvafiq şəkildə həyata keçirilməlidir.

5. Hesablar və Auditlər

5.1.

(a) Resipient qeyd və hesablar da daxil olmaqla, maliyyə idarəetmə sistemini saxlamalı və ya onun yaradılmasını təmin etməlidir və BİA-ya məqbul formatda, Fəaliyyətlərlə bağlı əməliyyatlar, vəsaitlər və xərclərin şəffaf mühasibat uçotu təcrübələrinə uyğun olaraq əks etdirilməsi üçün məqsədəuyğun maliyyə idarəetmə sistemini hazırlamalıdır.

(b) Resipient: (i) yuxarıdakı (a) yarımbəndində göstərilən qeydlər, hesablar və maliyyə hesabatlarının hər maliyyə ili üçün BİA-ya məqbul müstəqil auditorlar tərəfindən davamlı olaraq eyni cür tətbiq olunan BİA-ya məqbul audit standartlarına uyğun olaraq auditini aparacaq: (ii) mümkün qədər tez, lakin hər halda hər bir belə ildən sonra altı (6) aydan gec olmamaqla, BİA-ya (A) bu bölmənin (a) yarımbəndində adı çəkilən auditi aparılmış belə illər üçün maliyyə hesabatlarının təsdiqlənmiş surətlərini; və (V) qeyd olunmuş auditorlar tərəfindən BİA-nın tələb edə biləcəyi miqyas və ətraflılıqla belə hesabatlar, qeydlər və hesablar barədə rəyini təqdim etməlidir: və (iii) qeyd olunmuş qeydlər və hesablarla bağlı, habelə qeyd olunmuş auditorlarla bağlı digər belə məlumatı bundan sonra BİA-nın vaxtaşırı olaraq tələb edəcəyi təqdirdə ona təqdim etməlidir.

(c) Qrant Hesabından xərc arayışları əsasında alınan vəsaitlər üzrə bütün xərclər üçün Resipient, ETSN vasitəsilə: (i) yuxarıdakı (a) yarımbəndinə müvafiq olaraq belə xərcləri əks edən qeydlər və hesabları saxlamalı və ya onların saxlanılmasını təmin etməlidir: (ii) belə xərcləri təsdiqləyən bütün qeydləri (müqavilələr, sifarişlər, invoyslar, hesablar, çeklər və digər sənədləri) BİA tərəfindən Qrant Hesabından son vəsait alınmasının baş verdiyi maliyyə ilinin audit hesabatının əldə edilməsindən sonra ən azı bir ilə qədər saxlamalı: (iii) BİA-nın nümayəndələrinin bu qeydləri nəzərdən keçirməsinə imkan yaratmalı; və (iv) belə qeydlərin və hesabların yuxarıdakı (b) yarımbəndində adı çəkilən illik audit hesabatına daxil edilməsini və bedə maliyyə ili ərzində təqdim olunmuş xərc arayışlarının, onların hazırlanmasına cəlb olunmuş prosedurlar və daxili nəzarət mexanizmləri ilə birlikdə əlaqəli vəsait alınmasını təsdiqləmək üçün etibarlı olması barədə belə audit hesabatının qeyd olunmuş auditorların ayrıca rəyinin mövcud olmasını təmin etməlidir.

6. Dayandırma və Ləğv Etmə

6.1. BİA istənilən anda Resipientə bildirməklə, aşağıdakı hadisələrin hər hansı biri baş veribsə və davam edirsə, Resipientin Qrant Hesabından vəsaitlərin alınmasını davam etmək hüququnu dayandıra bilər: (a) Resipient onun burada göstərilən hər hansı öhdəliyinə riayət etmədikdə; və ya (b) Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) Resipientin zəmanəti ilə borc verdiyi Resipientin və ya hər hansı digər hüquqi şəxsin BYİB ilə borc sazişi və ya BİA ilə hər hansı bir inkişaf krediti sazişi üzrə vəsaitlərin alınması hüququ dayandırıldıqda.

6.2. BİA, Resipientə bildirməklə, Qrant Hesabından Resipientin vəsaitləri almaq hüququnu: (a) yuxarıdakı 6.1 bəndinin müddəalarına müvafiq olaraq Resipientin Qrant Hesabından vəsaitləri almağa davam etmək hüququ dayandırıldıqda; və ya (b) Resipient qüvvəyə minmədən sonra altı ay ərzində fəaliyyətləri həyata keçirmək üçün BİA-ya məqbul olan tədbirləri görə bilmədikdə Resipientin Qrant Hesabından vəsaitləri almağa davam etmək hüququnu ləğv edə bilər.


Qoşma 1

SATINALMA

Bölmə 1. Məsləhətçi xidmətləri

Hissə A: Ümumi Müddəalar

Məsləhətçi xidmətləri Dünya Bankı tərəfindən 1997-ci ilin yanvarında nəşr edilmiş 1997-ci ilin sentyabrı və 1999-cu ilin yanvarında düzəlişlər edilmiş «Dünya Bankının Borcalanları tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə Götürülməsi Qaydaları»nın (Məsləhətçi Qaydaları) Giriş və IV Bölməsinin müddəalarına və bu Bölmənin aşağıdakı müddəalarına müvafiq olaraq alınmalıdır.

Hissə B: Məsləhətçilərin Seçilməsi Prosedurları

1. Məsləhətçilərin İxtisaslarına Əsaslanan Seçim

Qrant vəsaitləri üzrə 50.000 ABŞ dolları ekvivalentindən az başa gəlməsi qiymətləndirilən auditor xidmətləri Məsləhətçi Qaydalarının 3.1 və 3.7 bəndlərinin müddəalarına müvafiq olaraq bağlanmış müqavilələr üzrə alına bilər.

2. Tək Mənbəli Seçim

Əlavənin 1.1 (s) bəndi üzrə, ictimaiyyətin məlumatlandırılma kampaniyasının kçirilməsi üçün xidmətlər, BİA-nın ilkin razılığı ilə, məsləhətçi Qaydalarının 3.8 – 3.11 bəndlərinin müddəalarına müvafiq olaraq alına bilər.

3. Fərdi Məsləhətçilər

Əlavənin 1.1 (a) və (b) bəndlərinə əsasən katiblik və işçi qrupu üçün məsləhətçi xidmətləri Məsləhətçi Qaydalarının 5.1 – 5.3 bəndlərinin müddəalarına müvafiq olaraq fərdi məsləhətçilərlə bağlanmış müqavilələr üzrə alınmalıdır.

Hissə S: BİA tərəfindən Məsləhətçilərin Seçilməsinə Baxış

1. Seçkinin Planlaşdırılması

Məsləhətçilərə hər hansı təkliflər üçün müraciətin təqdim olunmasından qabaq, məsləhətçilərin Fəaliyyətlər üzrə seçilməsinin təklif olunmuş planı məsləhətçi Qaydalarının 1 nömrəli Əlavasinin 1-ci bəndinin müddəalarına müvafiq olaraq BİA-ya baxılması və təsdiqlənməsi üçün təqdim olunmalıdır. Bütün məsləhətçi xmdmətlərinin seçilməsi BİA tərəfindən təsdiq olunmaqla belə seçim planına və qeyd olunmuş 1-ci bəndin müddəalarına müvafiq olaraq həyata keçirilməlidir.

2. İlkin baxış

(a) Məsləhətçi firmaların muzdlanması üzrə hər birinci müqavilə ilə əlaqədar Məsləhətçi Qaydalarının Əlavə 1 və 2 bəndləri (2 (a) və 5 bəndləri istisna olmaqla) tətbiq edilməlidir.

(b) (i) Fərdi məsləhətçilərin muzdlanması üzrə ilk müqavilə və (ii) 50.000 ABŞ dolları ekvivalenti və ya daha baha başa gələcəyi qiymətləndirilən hər bir müqavilə, məsləhətçilərin ixtisas qabiliyyətləri, təcrübələri, texniki tapşırıqları və muzd şərtləri/müddətləri ilkin baxış və təsdiq üçün BİA-ya təqdim olunmalıdır. Müqavilə yalnız qeyd olunmuş təsdiq təqdim edildikdən sonra bağlanıla bilər.

3. Sonrakı baxış

Bu Hissənin 2-ci bəndi ilə tənzimlənməyən hər bir müqavilə ilə əlaqədar olaraq məsləhətçi Qaydalarının 1 nömrəli Əlavəsinin 4-cü bəndində göstərilən prosedurlar tətbiq olunmalıdır.


Qoşma II

Xüsusi Hesab

1. Bu Qoşmanın məqsədlərinə görə:

(a) «məqbul maddələr» termini bu Saziş Məktubunun Əlavəsinin 4.2 bəndindəki cədvəldə göstərilən maddələri əhatə edir:

(b) «məqbul xərclər» termini Fəaliyyətlər üçün tələb olunan və Qrantın vəsaitlərindən maliyyələşdiriləcək xidmətlərin münasib dəyəri ilə bağlı xərcləri əhatə edir; və

(c) «Səlahiyyətləndirilmiş Ayırma» termini dedikdə, bu Qoşmanın 3 (a) bəndinə müvafiq olaraq Qrant Hesabından alınmalı və Xüsusi Hesaba depozitə qoyulmalı olan 50.000 ABŞ dolları ekvivalentində məbləği əhatə edir.

2. Xüsusi hesabdan ödənişlər bu Qoşmanın müddəalarına müvafiq olaraq yalnız məqbul xərclər üçün həyata keçirilməlidir.

3. BİA Xüsusi Hesabın lazımi şəkildə açıldığı barədə onu qane edən dəlili/sübutu aldıqdan sonra Səlahiyyətləndirilmiş Ayırmanın alınması və Xüsusi Hesabın sonrakı yığılması aşağıdakı kimi həyata keçirilməlidir:

(a) Respient BİA-ya Səlahiyyətləndirilmiş Ayırmanın ümumi məbləğindən çox olmayan məbləğin və ya məbləğlərin Xüsusi Hesaba depozitə qoyulması üçün müraciət və ya müraciətləri təqdim etməlidir. Belə müraciət və ya müraciətlər əsasında, BİA, Resipientin adından, Resipientin müraciət etdiyi kimi belə məbləği və ya məbləğləri Qrant Hesabından almalı və Xüsusi Hesaba depozitə qoymalıdır.

(b)

(i) Xüsusi Hesabın yığılması üçün Resipient BİA-nın müəyyənləşdirdiyi zaman intervalında Xüsusi Hesaba depozitlərin qoyulması üçün BİA-ya müraciət etməlidir.

(i) Hər bir belə müraciət zamanı və ya ondan qabaq, Resipient bu Qoşmanın 4-cü bəndinə müvafiq olaraq hesabın yığılmasının xahiş olunması ilə bağlı ödəniş və ya ödənişlər üçün tələb olunan sənədləri və digər dəlilləri BİA-ya təqdim etməlidir. Hər bir belə müraciətin əsasında, BİA, Resipientin adından, Resipientin müraciət etdiyi kimi və qeyd olunmuş sənədlərdə və Xüsusi Hesabdan məqbul xərclər üçün vəsaitlərin ödənildiyi barədə digər dəlillərdə göstərildiyi kimi, belə məbləği Qrant Hesabından almalı və Xüsusi Hesaba depozitə qoymalıdır. Bütün belə depozitlər qeyd olunmuş sənədlərdə və digər dəlillərdə əsaslandırılmaqla məqbul maddə(lər) üzrə və müvafiq ekvivalent məbləğlərdə BİA tərəfindən Qrant Hesabından alınmalıdır.

4. Resipient tərəfindən Xüsusi Hesabdan edilən hər bir ödəniş üçün Resipient, BİA-nın tələb edəcəyi zaman, bu ödənişin məxsusən məqbul xərclər üzrə edildiyini göstərən belə sənədləri və digər dəlili BİA-ya təqdim etməlidir.

5. Bu Qoşmanın 3-cü bəndinin müddəalarına baxmayaraq, BİA-dan Xüsusi Hesaba əlavə depozitlərin qoyulması tələb oluna bilməz, o halda ki:

(a) əgər, istənilən anda, BİA bütün sonrakı vəsaitlərin alınmasının Resipient tərəfindən bilavasitə Qrant Hesabından əldə olunmalı olduğunu müəyyənləşdirərsə:

(b) əgər Resipient bu Saziş Məktubunun Əlavəsinin 5.1 (b) (ii) bəndində göstərilən zaman müddəti ərzində Xüsusi Hesabın qeydləri və hesabatlarının auditi ilə bağlı qeyd olunmuş bəndin müddəalarına müvafiq olaraq BİA-ya təqdim olunması tələb olunan istənilən audit hesabatını təqdim etməzsə:

(s) əgər, istənilən anda, BİA, bu Saziş Məktubunun Əlavəsinin 6.1 bəndinin müddəalarına müvafiq olaraq Resipientin Qrant Hesabından vəsaitləri almaq hüququnun tam və ya qismən dayandırılması barədə niyyətini Resipientə bildirərsə; və ya

(d) Qrantdan alınmamış ümumi məbləğ Səlahiyyətləndirilmiş Ayırmanın məbləğindən iki dəfə çox olarsa.

Bundan sonra, Qrantın alınmamış yerdə qalan məbləğinin Qrant Hesabından alınması BİA-nın Resipientə bildirişində müəyyənləşdirdiyi prosedurlara uyğun olmalıdır. Belə vəsaitlərin sonrakı alınması Xüsusi Hesabda belə bildiriş tarixinə depozitdə qalan belə məbləğlərin məqbul xərclər üçün ödənişlərin edilməsində istifadə olunacağı barədə BİA-nı qane edən əminliyə əsasən və onun əldə olunmasından sonra həyata keçirilməlidir.

6.

(a) Əgər BİA istənilən anda Xüsusi Hesabdan hər hansı bir ödənişin: (i) bu Qoşmanın 2-ci bəndinə müvafiq qeyri-məqbul xərc üçün və ya məbləğdə edildiyini, və ya (ii) BİA-ya müvafiq dəlil vasitəsilə əsaslandırılmadığını müəyyənləşdirərsə, Resipient BİA-dan bildiriş aldıqdan sonra dərhal: (A) BİA-nın tələb edəcəyi təqdirdə belə əlavə dəlili təqdim etməli: və ya (V) qeyri-məqbul olan və ya əsaslandırılmamış ödənişin məbləğinə bərabər məbləği və ya onun bir qismini Xüsusi Hesaba depozitə qoymalıdır (və ya əgər BİA belə tələb edərsə, BİA-ya geri ödəməli). BİA başqa cür razılaşmazsa, Resipientin belə hal olduqda belə dəlili təqdim etməyənə və ya belə depoziti qoymayana və ya geriyə ödəməyənə qədər BİA tərəfindən Xüsusi Hesaba heç bir əlavə depozit qoyulmamalıdır.

(b) Əgər BİA istənilən anda Xüsusi Hesabda qalmış hər hansı məbləğin məqbul xərcləri əhatə etmək üçün ödənişlər üzrə tələb olunmadığını müəyyən edərsə, Resipient BİA-dan bildiriş aldıqdan sonra dərhal, BİA-ya belə qalmış məbləği geri ödəməlidir.

(s) Resipient, BİA-ya bildirməklə, Xüsusi Hesabdakı depozitdə olan vəsaitlərin hamısını və ya bir hissəsini BİA-ya geri ödəyə bilər.

(d) Bu Bölmənin 6 (a) (b) və (s) bəndlərinə müvafiq olaraq BİA-ya geri ödənilmiş vəsaitlər bu Sazişin müvafiq müddəalarına uyğun olaraq sonradan alınmaq və ya ləğv edilmək üçün Qrant Hesabına kreditləşdirilməlidir.


© LegalActs LLC